Xalq artisti Təranə Muradovanın yaradıcılıq gecəsi keçirildi
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradovanın Heydər Əliyev Sarayında yaradıcılıq gecəsi keçirilib.
Yubiley gecəsində BXA-nın rəhbərliyi, mədəniyyət və incəsənət nümayəndələri, xarici təhsil müəssisələrinin rəhbərləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, media üzvləri və digər qonaqlar iştirak ediblər.
Tədbirin əvvəlində Xalq artisti Təranə Muradovaya Mədəniyyət Nazirliyi, Bakı Xoreoqrafiya Akademiyası, TÜRKSOY, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyası, Qazaxıstan Dövlət Xoreoqrafiya Akademiyası, Türkiyə Dövlət Opera və Balet Baş İdarəsi, Gürcüstan Mədəniyyət Palatası tərəfindən təbrik ünvanlanıb.
Təbrik zamanı T. Muradovanın Azərbaycanın rəqs mədəniyyətinə verdiyi töhfələrdən, sənətkarın sənət yolundan bəhs olunub.
Ardınca isə akademiyanın tam orta təhsil pilləsinin şagirdlərinin, İncəsənət fakültəsinin, orta ixtisas təhsili pilləsinin tələbələrinin, Azərbaycan Dövlər Rəqs Ansamblının, Xalq artisti Təranə Muradova və digər incəsənət nümayəndələri tərəfindən Vasif Adıgözəlovun “Bayram suitası”, Qazaxıstan rəqsi “Jetigen”, Qara Qarayevin “Yeddi gözəl”, Qarabağ yallısı “Çeşmə başında”, Emin Sabitoğlunun “Ağ çiçəyim”, Özbək rəqsi, “Qayıdan ritm” və s. rəqs parçaları ifa olunub.
Qeyd edək ki, konsert anşlaqla qarşılanıb.
Digər Xəbərlər
15 Noyabr 2026 16:25
Arif Mirzəyev dəfn edildi - YENİLƏNİB
13 Noyabr 2026 16:51
"Onlara daha tez pensiya verməlidirlər, 55 yaşında adam balet oynayar?" - Fərhad Bədəlbəyli
12 Noyabr 2026 10:47
Nakam ömürlü “Səkinə ana”
10 Noyabr 2026 17:02
Aktyor Aslan Fətullayev vəfat etdi
10 Noyabr 2026 09:28
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
08 Noyabr 2026 11:33
Alyona Əliyeva "LAC" tamaşasını izlədi - FOTOLAR
07 Noyabr 2026 17:59
Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
06 Noyabr 2026 11:12


Bakı -°C

