Xarici media nümayəndələri üçün mediatur təşkil olunub - FOTOLAR
Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Qobustan Qaya Sənəti Mədəni Landşaftına və Qobustan Palçıq Vulkanlarına mediatur təşkil olunub.
Medianın İnkişafı Agentliyindən Adalet.az-a verilən məlumata görə, UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmiş Qobustan Qaya Sənəti Mədəni Landşaftından başlayan mediaturda qonaqlar on minlərlə il əvvələ aid həyatı əks etdirən 6000-dən çox qədim petroqlifdən ibarət heyrətamiz kolleksiya ilə tanış olub, onlara Qobustan qaya rəsmləri, daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi aləti sayılan qavaldaş haqqında geniş məlumat verilib.
Vurğulanıb ki, buradakı qədim qayaüstü təsvirlər ulu əcdadlarımızın min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunəsidir.
Daha sonra xarici media nümayəndələri dünyanın ən nadir təbiət hadisələrindən biri hesab edilən, zəngin biomüxtəlifliklə əhatə olunan Qobustan Palçıq Vulkanlarına ekskursiya edib, “Qılınc” palçıq vulkanını yaxından izləyiblər. Bununla yanaşı, Palçıq Vulkanları Turizm Kompleksində jurnalistlərə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri, maketi və Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral barədə məlumat verilib.
Digər Xəbərlər
01 Oktyabr 2026 19:38
AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar - FOTOLAR
01 Oktyabr 2026 18:48
Əhməd İsmayılov AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
01 Oktyabr 2026 17:41
"Aİ-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev
01 Oktyabr 2026 16:39
AQEM-in Media Forumu keçirilib - FOTOLAR + YENİLƏNİB
01 Oktyabr 2026 16:18
Əhməd İsmayılov RTÜK sədri ilə görüşüb
01 Oktyabr 2026 14:51
"Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır"
01 Oktyabr 2026 12:03
"Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir" - Sədaqət Qəhrəmanova
01 Oktyabr 2026 11:10


Bakı -°C

