Xatirə İslam: “Bunları demədiyimə görə ziyan çəkmişəm”
Müğənni Xatirə İslam duet ortağı Nicat Məhərrəmlinin onun adından istifadə etdiyini açıqlayıb.
Adalet.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə paylaşım edib:
“Əslində bu açıqlamanı çoxdan etməli idim, amma bu günə təsadüf etdi. Bunları demədiyimə görə, nə qədər ziyanlar çəkmişəm. Bu açıqlamanı məni tanıyanlara, dostlarıma, xalqıma etməliyəm ki, bilsinlər nə var, nə yox Müğənni Nicat Məhərrəmli haqda danışmaq istəyirəm. Gəncdir, cavandır, uşaqdır, Allah ağıl versin, köməyi olsun. Ailələrinə də yaxın olmuşuq. Rəhmətlik anası vasitəsi ilə dost olmuşuq. Anası da çox gözəl insan idi. Nicat mənim adımdam dəfələrlə insanlardan beh alıb. Toylarda, şənliklərdə, açılışlarda problemlər yaşayır. Mənə sənət yoldaşlarım, dostlarım, aparıcılar da Nicatın borc istəməsi ilə bağlı zəng edib. Adlarını da çəkə bilərəm, sadəcə istəmirəm ki, vaxt getsin. Bununla bağlı Yaqut xanım çox böyük stresslər keçirib. Vaxt olub ki, qızıllarını satıb və Nicatın bu problemlərini həll edib. Anadır, utanıb, narahat olub. Valideyn üçün də çox ağırdır. Mən əlimdən gələn hər şeyi etmişəm. Hətta anası rəhmətə gedəndə Nicat dedi ki, pis vərdişlərimə tövbə etmişəm.Mən Nicatın doğması olmaya- olmaya niyə ona görə söz götürməliyəm?! Mənim qardaşım cavan oğlandır, heç ona görə söz götürmürəm. Nicat sən kimsən sənə görə söz gtürüm”?!
Qeyd edək ki, Xatirə İslamın bu açıqlamasından əvvəl Nicat Məhərrəmli instagram hesabının hekayə bölümündə “Sağ olun, dostlar. Özünüzə yaxşı baxın. Haqqınızı halal edin. Allaha əmanət olun” yazıb, bir neçə dəqiqə sonra isə həmin yazını silib.
Adalet.az sözügedən paylaşımı təqdim edir:
Əntiqə Kərimzadə
Digər Xəbərlər
18 Oktyabr 2026 00:52
“Atam və anamdan çox o, mənə dəstək oldu“ - İradə İbrahimova
17 Oktyabr 2026 18:25
Türkiyə Maksim Qalkinin konsertinin ləğvini tələb edir
16 Oktyabr 2026 10:54
Zaur Rzayevin son durumu
15 Oktyabr 2026 23:34
Azərbaycanda qızlar bir əsr əvvəl hicabsız - Xalq artisti nənəsinin fotosunu paylaşdı
15 Oktyabr 2026 13:07
Təranə Qumral: “Onu ad günümə dəvət etmişəm, gəlməsə…”
15 Oktyabr 2026 12:54
Hüseyn Məhəmmədoğlu: “İndi pul qazanmaq imkanı daha genişdir”
15 Oktyabr 2026 11:29
Aktrisa: “Bu faciəni illər əvvəl yaşasam da, ağrısı hələ də keçməyib”
15 Oktyabr 2026 10:58


Bakı -°C

