Xəyanət cəzasız qalmayacaq
Prezident aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin barəsində hakimiyyətin zorla ələ keçirilməsi və dövlətə xəyanət maddələriylə qaldırılan cinayət işi ilə bağlı, Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini Abbas Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən məsuliyyətə cəlb olunub və barəsində axtarış elan olunub.
Abbas Abbasov vəsifəsindən uzaqlaşdırıldığı vaxtdan ölkəni tərk edib və ölkə başçısı tərəfindən ona etimat edilən yüksək vəzifəsindən sui istifadə edırək topladığı qanunsuz pullarla Rusiya və Türkiyədə böyük biznes şəbəkəsi qurduğu faktları ortaya çıxıb. Uzun illər Rusiyada, daha sonra isə Türkiyədə yaşayan Abbas Abbasov, barəsində cinayət işi qaldırıldığından və axtarış elan edildiyindən xəbər tutan kimi təcili Türkiyə ərazisini tərk etdiyi bildirilir.
İstintaq müəyyən edib ki, baş nazirin keçmiş müavini, hələ vəzifədə işlədiyi müddətlərdə hakimiyyəti ələ keçirmək planları olub. Abbas Abbasov bunun üşün hələ 2000-ci illərdən başlayaraq Rusiyanın hakim dairələri ilə əlaqələr qurmağa başlayıb. Bildirilir ki, bu əlaqələrin qurulmasında Ramiz Mehdiyevin yaxın dəstəyindən istifadə edib.
Abbas Abbasov Moskvada yaşadığı dövrdə, Azərbaycanda keşirilən Prezident seçkiləri ərəfəsində, Rusiyanın xüsusi xidmət orqnlarının dəstəyi ilə “Milyarderlər İttifaqı” adı altında bir qurum yaradıb. Sonradan, Azərbaycanda hələ 2005-2006-cı illərdə planlaşdırdığı, lakin, o vaxtlar həyata keçirməyə nail olmadığı “Milli Şura” deyilən bir qurum yaradır və yenədə prezident aparatının o vaxtki rəhbəri Ramiz Mehdiyevin yaxından dəstəstəyi ilə, müxalifətin bəlli qanadını bu şuranın işinə cəlb edib.
Uzun illər ərzində “Milyarderlər İttifaqı”, “Milli Şura” adı altında fəaliyyət göstərən çete, Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarlnın nəzarətində olub və nəhayət onların xəyanətlərinin üstünün açılması zamanı gəlib.
“Ədalət” qəzeti olaraq İnanırıq ki, dövlətə xəyanət etməkdə günahlandırılanların hər biri layiq olduqları cəzaları alacaqlar...
Digər Xəbərlər
02 Sentyabr 2026 17:10
Bizi tapan da deyir, "ver yeyim..." - Səxavət Məmməd yazır
02 Sentyabr 2026 16:35
Fransız Polineziyasının suverenliyi ilə bağlı bəyanat hazırlandı
02 Sentyabr 2026 13:58
İlham Əliyev Yinq Yonqunu qəbul etdi - FOTOLAR
02 Sentyabr 2026 12:45
Putin İlham Əliyev haqqında danışdı - "Müasir və ağıllıdı"
02 Sentyabr 2026 11:51
"3 500-dən çox Azərbaycan vətəndaşı minalardan zərər çəkib" - Prezident
02 Sentyabr 2026 11:44
İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB
02 Sentyabr 2026 10:26
“Borçalıya İran suyu içirdənlərə Bişkekdə Azərbaycan suyu”
02 Sentyabr 2026 09:56


Bakı -°C

