Xəzərdə 14 hərbçinin ölümünə görə xüsusi tapşırıq - Bir həftəyə...
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müdafiə Nazirliyində kompleks yoxlamaların həyata keçirilməsi məqsədilə xüsusi komissiya formalaşdırıb. O, komissiyaya ilk nəticələr barədə bir həftə ərzində hesabat verməyi tapşırıb.
Adalet.az xəbər verir ki, bu barədə rəsmi məlumat yayılıb.
Təftiş prosesi hərbi bölmələrin maliyyə və maddi-texniki təminatı da daxil olmaqla, Müdafiə Nazirliyindəki ümumi vəziyyəti əhatə edəcək.
Komissiyaya Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva rəhbərlik edəcək. Ali Audit Palatasının sədri Əlixan Smailov isə onun müavini təyin edilib.
Xatırladaq ki, sentyabrın 24-də Xəzər dənizində keçirilən təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən hərbi qulluqçuları dəniz suları aparıb. Hadisə nəticəsində 14 nəfər həyatını itirib.
Digər Xəbərlər
26 Sentyabr 2026 23:16
Yəmən hökuməti husilərə qarşı ümumi səfərbərlik elan edib
26 Sentyabr 2026 23:00
Tramp: İranın təklif etdiyi razılaşmanı rədd etmişəm
26 Sentyabr 2026 22:46
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
26 Sentyabr 2026 20:00


Bakı -°C

