adalet.az header logo
  • Bakı -°C
26 Sentyabr 2026 00:10
64
DÜNYA
A- A+

Xəzərdə batan hərbçilərin adları açıqlandı - Yaxınları fəryad etdi - VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 24-də "Xəzər Korqanı-2026" dəniz təlimi zamanı baş verib. Döyüş təlimi zamanı hava şəraiti kəskin şəkildə pisləşib və 17 hərbçi dənizdə batıb. Onlardan üçü xilas edilib. Sentyabrın 25-i səhəri daha iki itkin düşmüş şəxsin cəsədi tapılıb və ölənlərin sayı 14-ə çatıb.

Adalet.az xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyi Manqistau vilayətində keçirilən hərbi-dəniz təlimləri zamanı həlak olan hərbi qulluqçuların adlarını açıqlayıb. Onların əksəriyyəti 19-20 yaşlarında, ən böyüyü isə 23 yaşında olub. Daha iki hərbi qulluqçu itkin düşüb və onların axtarışı davam edir. Xilas edilənlərdən biri Manqistau vilayət xəstəxanasında ağır vəziyyətdədir.