Xoşqədəm Hidayətqızı: “Dedim ki, çıxın obyektimdən”!
Jurnalist Xoşqədəm Hidayətqızı başına gələn qeyri-adi hadisəni tamaşaçılarla bölüşüb.
Adalet.az xəbər verir ki, jurnalist obyekti olmadığı halda vergiyə cəlb olunduğunu söyləyib:
“Toyları birində bir şəxs gəldi mənimlə şəkil çəkdirdi. Həmin şəkili hər yerdə göstərib deyirmiş ki, mən Xoşqədəmin qohumuyam.
Təxminən 10-12 il əvvəl olardı. Moskvadan Bakıda gəlirdim. Elə hava limanında vergilərdən mənə zəng gəldi. Müfəttiş mənə dedi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz? Dedim nəyin vergisini, mənim obyektim var? Cavab verdi ki, bəli, sizin Yasamal rayonunda obyektiniz var. Onlara söylədim ki, bu səhv məlumatdır. Mənim heç bir obyektim yoxdur. Bakıya gələn kimi ilk işim bu məsələni araşdırmağım oldu. Məlum oldu ki, həmin mənimlə şəkil çəkdirən yerlim Yasamalda bir obyekt açıb. Hər yerdə həmin fotonu göstərib deyir ki, bu iki mərtəbəli obyekt Xoşqədəm Hidayətqızınındır. O obyektin yerini tapdım. Tapandan sonra həmin obyektə getdim və avtomobildən düşən kimi orada olan şəxslərə söylədim ki, çıxın obyektimdən. Durub üzümə baxırdılar. Dedim ki, çıxın! Hər yerdə mənim adımı çəkirsən. Demirsən ki, obyekt mənimdir, qardaş gəlmişəm indi də çıx obyektimdən. Əlbəttə, dəhşət içində idi. Nə baş verdiyini sani anlamırdı, ancaq adımdan istifadə edəndə bu vəziyyətin də olacağını düşünməli idi”.
Əntiqə
Digər Xəbərlər
02 Oktyabr 2026 23:23
Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi
02 Oktyabr 2026 20:24
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
02 Oktyabr 2026 15:27
"Gündə 5 dəfə yemək yeyirəm" - Monika Belluççi
02 Oktyabr 2026 13:51
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - VİDEO
01 Oktyabr 2026 19:34
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
01 Oktyabr 2026 13:32
Rəqsanə İsmayılova: “Sənə kim ixtiyar verir ki…”
01 Oktyabr 2026 12:02
Sahib İbrahimov: Bacarırsınızsa, mənə ağıl yox, hüzur verin”
01 Oktyabr 2026 12:01


Bakı -°C

