XRİTDX-nin nümayəndəsi beynəlxalq kibertəhlükəsizlik tədbirində çıxış edib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndəsi Tural Məmmədov 7–10 sentyabr 2026-cı il tarixlərində Fransanın Strasburq şəhərində keçirilən “Underground Economy 2026” (UE26) beynəlxalq kibertəhlükəsizlik tədbirində spiker qismində iştirak edib.
Adalet.az xəbər verir ki, “Underground Economy 2026” qapalı beynəlxalq platformada kibertəhlükəsizlik və təhdid kəşfiyyatı üzrə mütəxəssislər, hüquq-mühafizə orqanlarının nümayəndələri və siyasət formalaşdıran şəxslər bir araya gəlib. Tədbirdə XRİTDX-nin baş idarə rəisinin müavini Tural Məmmədov “Politically Motivated Cyber Operations” – “Siyasi motivli kiberəməliyyatlar” mövzusunda çıxış edib.
Çıxış zamanı T. Məmmədov siyasi və geosiyasi proseslərin kiberəməliyyatların hədəf seçiminə, zamanlamasına və məqsədlərinə təsiri, kiberfəaliyyətlərin texniki telemetriya və geosiyasi kontekst əsasında kompleks təhlili, dövlət informasiya infrastrukturlarına qarşı təhdidlərin erkən mərhələdə müəyyənləşdirilməsi məsələlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tural Məmmədov siyasi motivli kiberəməliyyatların qiymətləndirilməsində yalnız texniki indikatorlara əsaslanmağın kifayət etmədiyini, hədəfin strateji əhəmiyyəti, siyasi zamanlama və həyata keçirilən kampaniyanın ümumi məntiqinin nəzərə alınmasınında zəruri olduğunu qeyd edib.
Təqdimatda həmçinin mərkəzləşdirilmiş monitorinq və kibertəhdid kəşfiyyatı imkanlarının ayrı-ayrı zəif siqnalları vahid mənzərədə əlaqələndirməklə potensial kiberəməliyyatların ilkin mərhələdə aşkarlanmasında mühüm rol oynadığı bildirilib. Bu çərçivədə XRİTDX-nin Dövlət CERT Mərkəzinin praktiki təcrübəsi və tətbiq olunan yanaşmalar tədbir iştirakçılarına təqdim olunub.
Digər Xəbərlər
24 Oktyabr 2026 12:22
AzTV üçün yeni bina tikiləcək - VİDEO
24 Oktyabr 2026 09:09
Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu
23 Oktyabr 2026 17:55
Əli Əsədov yeni qərar imzaladı
23 Oktyabr 2026 16:36
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul etdi - FOTOLAR
23 Oktyabr 2026 16:13
Yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - XƏBƏRDARLIQ
23 Oktyabr 2026 15:12
“Əsas müttəfiqiniz Mehriban xanımdır”
23 Oktyabr 2026 13:08
"Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun qəbul edilsin - TƏKLİF
23 Oktyabr 2026 12:41


Bakı -°C

