Xüsusi karantin rejimi sərtləşdirilə bilər? - VİDEO
“Qayda və tövsiyələrə ciddi şəkildə əməl edilməsə, ölkəmizdə karantin qaydaları daha da sərtləşdirilə, hətta qapanmalara belə gedilə bilər. Bununla bağlı gələcəkdə veriləcək qərarlar vətəndaşların birbaşa məsuliyyətindən asılıdır”.
Bunu “Xəzər Xəbər”ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, ölkəmizdə də aşkar edilən koronavirusun “Omikron” ştammına dünyanın əksər ölkələrində yoluxanların sayı gündən-günə artır.
Millət vəkili qeyd edib ki, hazırkı vəziyyətdə ölkəmizdə vəziyyət qənaətbəxşdir. Buna səbəb vətəndaşların vaxtında peyvənd olunmaları və pandemiya qaydalarına əməl etmələridir.
O bildirib ki, bütün bunlara baxmayaraq, COVID-19-a yoluxma ilə bağlı açıqlanan rəsmi rəqəmlər onu deməyə əsas verir ki, hazırda bu virusa yoluxanların sayı sağalanların sayını üstələyir. Proses belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz ola bilər.
İnfeksiyanın yayılmasını şərtləndirən əsas məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəif olması, xüsusən də üçüncü - buster dozanı vurduranların sayının azlığıdır. Ümumdünya Səhiyyə Təşkilatı yaxın 6-8 həftə ərzində Avropa əhalisinin yarısından çoxunun “Omikron” ştammına yoluxacağını proqnozlaşdırır.
Məlahət İbrahimqızı vurğulayıb ki, yayılan yeni ştammdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan altı ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün vətəndaşlar gücləndirici buster doza ilə peyvəndlənməlidirlər.
Digər Xəbərlər
07 Aprel 2026 19:12
“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib
07 Aprel 2026 17:52
Eşqi Bağırov yeni müdir müavinləri təyin etdi
07 Aprel 2026 17:35
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
07 Aprel 2026 11:56
Xocavənd şəhərinə növbəti KÖÇ
07 Aprel 2026 10:45
Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq
07 Aprel 2026 10:14
Həmin uşaq valideynlərinə təhvil verildi - YENİLƏNİB
06 Aprel 2026 18:51
Tbilisidə Mehriban Əliyevanın şərəfinə lanç verilib - FOTOLAR
06 Aprel 2026 18:23


Bakı -°C

