15 Iyul 2025 14:02
136
GÜNDƏM

Xüsusi nümayəndə: Ağdam şəhərində hazırda 10 minə yaxın şəxs yaşayır

“Ağdamın üç kəndinə köç başlayıb. Ağdam şəhərinə köç olmasa belə şəhər ərazisində 10 minə yaxın əhali yaşayır".

Adalet.az  xəbər verir ki, bunu bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən konfransda çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O, həmçinin ərazilərdə aparılan minatəmizləmə işləri ilə bağlı məlumat verib: "Ağdam rayonunun 51,24, Füzuli rayonunun 67,76, Xocavənd rayonunun isə 7,56 faiz hissəsi minalardan təmizlənib. Bundan başqa, bir sıra infrastruktur layihələri həyata keçirilib. Ümümi uzunluğu 593,7 kilometr olan 16 avtomobil yolu, ümumi uzunluğu 47,1 kilometr olan dəmiryol xətti, son səkkiz ay içində bir beynəlxalq hava limanı, 8 yarımstansiya, 4 su anbarı və 6 su kanalı, o cümlədən magistral qaz xətti inşa olunub".