“Məktəbim” Şirvan möhtəşəm əyləncə proqramı ilə 2 yaşını qeyd edib - FOTO
Milli uşaq markası “Shokki Mokki”nin dəstəyi ilə həyata keçirilən “Məktəbim” layihəsi Bakıda və bölgələrdəki uşaqların məktəbəqədər təhsilə cəlb olunması işini davam etdirir. Bir neçə gün əvvəl Şirvan şəhərindəki “Məktəbim” fəaliyyətinin 2-ci ilinitamamlayıb.
Bu münasibətlə “Shokki Mokki” brendinin komandası Şirvan şəhərinə səfər edərək oradakı uşaq və müəllim kollektivi üçün maraqlı görüş təşkil edib.
Uşaqlar üçün təşkil olunan proqramda panda, klon, köpük və şar şousu onlara unudulmaz gün yaşadıb. Tədbirdə “Məktəbim” layihəsinin səfiri Firuzə Cəlilova da uşaqlarla birlikdə əylənib.
Tədbirin sonunda “Məktəbim” Şirvan kollektivi bu möhtəşəm əyləncə proqramına görə “Shokki Mokki” markasının rəhbərliyinə, UAFA-ya və “Məktəbim” layihəsinin yaradıcı heyətinə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, “Məktəbim” Şirvan, 2022-ci il 1 Sentyabr tarixində fəaliyyətə başlayıb və hazırdaburada 43 şagirdə təhsil alır. Rus bölməsində 19, Azərbaycan bölməsində isə 24 şagird var. Hər iki bölməyə həftədə 3 dəfə ingilis dili dərsi keçilir və şahmat dərsləri təşkil olunur.
“Məktəbim” layihəsi çəvçivəsində 70-dən çox xanımın və 1000-dən çox uşağın həyatına müsbət toxunuşlar olub və bu proses davam edir. Siz də marketlərdən “Shokki Mokki” məhsullarını əldə etməklə layihəyə dəstək ola bilərsiniz.
Digər Xəbərlər
28 Sentyabr 2026 09:44
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
28 Sentyabr 2026 09:06
Qorxulu yuxuların səbəbi
27 Sentyabr 2026 12:30
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44
Əşyaları dəyərindən 20 dəfə baha satıldı
22 Sentyabr 2026 09:48


Bakı -°C

