Putin: "Ukrayna münaqişəsi NATO-nun aqressiv siyasətinin nəticəsidir"
2022-ci ildən bəri Almaniya tərəfinin təşəbbüsüylə ilk dəfə olaraq, Almaniyanın kansleri Olaf Şoltsla, Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon görüşməsi baş tutub.
Bu barədə məlumat verən Kremlin mətbuat xidməti bildirib ki, Rusiya lideri Şoltsa bəyan edib ki, Ukrayna münaqişəsi NATO-nun Rusiyaya qarşı aqressiv siyasətinin nəticəsidir.
Telefon danışıqları zamanı, "Liderlər Ukraynadakı vəziyyətlə bağlı açıq və geniş müzakirələr aparıblar. Vladimir Putin xatırladlb ki, hazırki böhran, birbaşa NATO-nun uzun illər Ukrayna ərazilərində antirusiya pladsdarmasında təhlükəsizlik sahəsində, rusdilli vətəndaşların hüquqlarının qorunması ilə bağlı bizim maraqlarımız nəzərə alınmadan apardığı aqressiv siyasətin nəticəsidir"-deyə Kramldən bildirilir.
Vladimir Putin qeyd edib ki, Rusiya heç vaxt münaqişənin həll olunmasından imtina etməyib və hazırda da, Kiyev rejimi tərəfindən pozulan danışıqların bərpa olunmasına açıqdır.
PUTİN ŞOLTSA UKRAYNA İLƏ RAZILAŞMANIN ŞƏRTLƏRİNİ AÇLQLYIB
Telefon danışıqları zamanı Vladimir Putin, almaniyalı kanslerə, mümkün razılaşmada Rusiyanın təhlükəsizlik sahəsinin, həmçinin yeni ərazi reallığının nəzərə alınmasının vacibliyinə diqqət edilməsini və münaqişənin səbəblərinin aradan aaldırılmasını tələb edib.
Danışıqlar zamanı Rusiya-Almaniya münasibətlərinə də toxunulub. Putin, Almaniyanın bütün istiqamətlərdə Rusiyaya qarşı qeyru-dost mövqeyində durduğunu bidirib. . Buna baxmayaraq Rusiya prezidenti, ölkəsinin enerji sahəsində bütün öhdəliklərinin yerinə yetirdiyini bildirib.
Putin daha sonra əlavə edib ki, əgər Almaniya tərəfindən maraq yaranarsa, Rusiya yenə də qarşılıqlı əməkdaşlığa hazırdır. Danlşıqların sonunda liderlərin köməkçiləri arasında əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Olaf Şolts Vladimir Putinlə danışıqlar zamanı Ukrayna məsələsiylə bağlı sülh danışıqlarına başlanmasının vacibliyini vurğulayıb. Bu barədə məlumat verən Almaniyanın hökumət saytında bildirilir ki, görüşün yekununda ikitərəfli əlaqənin davam etdirilməsi razılaşdırılıb.
UKRAYNA PREZİDENTİ VOLODİMİR ZELENSKİ ŞOLTSUN PUTİNƏ ZƏNG ETMƏSİNİ TƏNQİD EDİB
Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Şoltsun Putinə zəngi, sonuncunun "təcrid olunmasına" mane olacaq. Reuters agentliyi prezidentin ofisindəki anonim mənbələrinə əsasən bildirib ki, Zelenski, guya Şolts Putinə zəng etdiyi gün, onu bundan çəkindirməyə çalışıb və bildirib ki, Putin əsl sülhün bağlanmasını istəmir, "sadəcə olaraq yaranan fasilədən nəfəs almaq üçün istifadə etmək istəyir".
Ukrayna XİN-nin rəsmi nümayəndəsi Georgi Tixiy bəyan edib ki, Şoltsun Putinə zəng etməsi Ukraynaya xeyir gətirməyəcək.
Rusiya prezidenti Vladimir Putində telefon danışığını şəhr edərək qeyd edib ki, vəziyyətin nizamlanması üçün ağıllı kompramislər axtarmağa hazırdır. lakin "Rusiya bu məsələdə hər hansı bir güzəştə getməyəcək".
Hazırladı: Rüstəm Hacıyev