Salamım var, bizim Ayna həkimə

Salamım var,bizim Ayna həkimə
Yoxdu bu dünyanın malında gözü,
Doğrudur söhbəti,doğrudur sözü.
Qiptə eyləyirəm,mən ona düzü.
Salamım var,bizim Ayna həkimə.
******
Diş ağrısa,dərdlər büküm-bükümdü,
Diş ağrısı ürəyimdə yükümdü.
Çox sevdiyim bizim Ayna həkimdi.
Salamım var,bizim Ayna həkimə.
******
Səliqə-səhman da vardı,bu yerdə.
O,əlac eyləyir dişdəki dərdə.
İrəli aparır,qoymayır gerdə.
Salamım var,bizim Ayna həkimə.
******
Hər insana kömək eyləyir hər an,
Deyir ki,sevinsin,qoy gülsün insan.
İnsan sevincindən qoy gülsün cahan.
Salamım var,bizim Ayna həkimə.
******
Həkim var ki,desən dərdin çoxalar,
Həkim var ki,desən dərdin yox olar,
Xəstə insan dönər,sap-sağlam olar,
Salamım var,bizim Ayna həkimə.
******
Əlində imkanı olan kimsana,
Əgər rəhm edərsə,insan-insana,
Allahdan nur,işıq düşər cahana.
Salamım var,bizim Ayna həkimə.
******
Ürəyimdən gələn sözü yazıram,
Yalan deyil,inan,düzü yazıram,
Bu insandan bil ki, azı yazıram.
Salamım var,bizim Ayna həkimə.
******
44-nömrəli poliklinikanın diş həkimi Ayna həkimə həsr edirəm.
Şeirin müəllifi: Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.
Digər Xəbərlər

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır

Əlabbasın ‘Köhnə Kişi’ Povestinin Bəzi Linqvistik və Üslub Özəllikləri - Nazim Muradov yazır

ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ
