Hər könüldə yeri olanların bayramı
Həyatını müəllimliyə həsr
edən insanlar,
həqiqətən fədakar,
xalqına, millətinə
sədaqətli və eyni
zamanda qərəmanlıq
göstərən insanlardır!
H. Əliyev.
Ulu Öndər
Müəllim ömrünü Günəşə, ulduzlara bənzədirlər. Bu bir həqiqətdir ki, Günəş bütün dünyanı, müəllim isə həyatımızın davamçıları olan gənc nəslin ömür yollarını nura qərq edir. Valideynlərin öz övladlarına verməli olduqları ilk tərbiyə, əsas nəsihətlər sırasında müəllimə hörmət, minnətdarlıq hissi birinci yerdə durmalıdır.
Hər peşənin özünəməxsus çətinlikləri, eyni zamanda incəlikləri vardır. Bunların zərgər dəqiqliyi ilə öhdəsindən gəlmək hər kəsə nəsib olmur. Təmkinlilik, səbr, uşaq psixologiyasına yumşaq yanaşma bacarığı, uşaq dünyasına girmək, uşaqlaşmaqla yanaşı, özünü, fənnini sevdirə bilmək kimi, xüsusiyyətlər hər insanda olmayan xarakterdir, - desək, yanılmarıq. Bütün bunlar müəllimlik sənətinin illər boyu formalaşmış mühüm əsas düsturudur.
Ümumdünya Müəllimlər Günü hər il oktyabrın 5-də müəllimlərin əməyini qeyd etmək üçün keçirilən beynəlxalq gündür. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk Beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də Beynəlxalq və Ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda ümumdünya səviyyəsində 100-dən çox ölkədə, o cümlədən Azərbaycanda ümumdünya qeyd olunur.
Dövlətimiz və cəmiyyətimiz müəllim əməyini yüksək qiymətləndirir. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".
Ulu öndər Heydər Əliyevin zəngin irsinin layiqli davamçısı prezident İlham Əliyev öz növbəsində təhsilə xüsusi incəliklə yanaşır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə təhsilin inkişafı əsas prioritetə çevrilib və insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlətimizin başçısı hər il Müəllim Günü ərəfəsində sərəncam imzalayaraq təhsilin inkişafında göstərdikləri xidmətə görə seçilən təhsil işçilərini “Əməkdar müəllim” fəxri adı ilə, “Tərəqqi” medalı ilə təltif edir. Təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir.
Peşə bayramımız münasibətilə Abşeron Xızı Regional Təhsil İdarə müdiri İlhamə xanım Abdullayeva başda olmaqla, bütün təhsil işçilərnini, həmkarlarımı təbrik edir, yetişməkdə olan nəslin təlim-tərbiyəsi işində uğurlar arzulayıram.
Elnurə Fizuli qızı İsgəndərova
Abşeron rayan Əfqan Qadaşov adına Pirəkəşkül qəsəbə tam orta ümumi təhsil məkrəbin direktoru, "H.Əliyev"medalı, "Qızıl Qələm", "Xan qızı Natəvan", "Zəfər" media mükafatları laüreatı
Digər Xəbərlər
19 Noyabr 2025 18:17
Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib - FOTOLAR
19 Noyabr 2025 17:40
İşğaldan azad edilmiş 3 şəhər sel sularından mühafizə üzrə layihələndiriləcək
19 Noyabr 2025 17:15
"Onkoloji xəstələrin dərman təminatı lazımi səviyyədə deyil" - Deputat
19 Noyabr 2025 17:02
Hərbçilərin mənzillə təmin olunmasına ayrılan vəsait artırılsın - TƏKLİF
19 Noyabr 2025 16:05
"Neft gəlirlərinin azalması paytaxtdan bölgələrə qayıdış üçün fürsətdir" - Zahid Oruc
19 Noyabr 2025 11:22
"Yorğun və yuxusuz sürücü yoldakı ən böyük təhlükədir" - DYP
18 Noyabr 2025 19:01
Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir
18 Noyabr 2025 15:46


Bakı -°C

