Heç hənan yeridi...
Bu gün heç kimə sirr deyil ki, Bakıda küçə və prospektlər çox dardır , hər gün sıxlıq yaranır. Özü də, bu sıxlıq dəqiqələrlə yox , bir çox halda saatlarla davam edir. Şəhrin mərkəzinə əksər sürücülər gəlmək istəmirlər.
Məsələn, Yeni Günəşlidə taksi xidməti ilə məşğul olan tanışlarım deyir ki, biz şəhərin mərkəzinə müştəri aparmaq istəmirik , çünki gedirik qayıda bilmirik və saatlarla " probka" da qalırıq.Həm əsəbləşirik, həm də qazandıgımız 5- 10 manat pulu yanacağa veririk.
Bəs paytaxt küçə və prospektləri belə sıxlıqsa, onda velosipedlər üçün ayrıca yol zolaqları niyə ayrılır? Bir halda paytaxta belə problemlər mövcuddursa bu addımı nəyə görə atırlar ? Burada Məşədi İbadın məşhur sözü yada düşür:" Heç hənanın yeridi..." Əlbəttə, Bakıda yolların, küçə və prospektlərin genişləndirilməsi üçün böyük layihələr həyata keçırilib.
Belə ki , yollar genişləndirilib, körpülər, yol ötürücüləri inşa edilib. Amma bunlar da şəhərimizdə sıxlıq problemlərini həll edə bilməyib. Belə bir mürəkkəb vəziyyətdə velosiped zolaqlarının ayrılması digər nəqliyyat vasitələri üçün problemlər yaradır. Bu yollar yenə şəhər ətrafında olsa, yenə dərd yarıdı. Şəhərin mərkəzində velosiped yollarının mövcudluğu əlavə yük deməkdir!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
08 Yanvar 2026 17:42
Yağıntı intensivləşəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
08 Yanvar 2026 13:05
Sabah dağlıq ərazilərdə qar yağacaq
08 Yanvar 2026 12:59
Azərbaycan Avropaya ilbiz məhsullarının ixracına başlayır
08 Yanvar 2026 11:31
Azərbaycanda quş qripinə yoluxma var? - RƏSMİ CAVAB
07 Yanvar 2026 17:40
Prezidentdən Cahangir Novruzovla bağlı SƏRƏNCAM
07 Yanvar 2026 11:26
Valideynlər övladlarının laborator analiz nəticələrinə “mygov”da baxa biləcəklər
07 Yanvar 2026 10:18
Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?
06 Yanvar 2026 15:08


Bakı -°C

