“Zəngilanın Azərbaycanın sayrışan ulduzlarından birinə çevrilməsi üçün...”
Xəbər verdiyimiz kimi, bu gün Zəngilan şəhəri günüdür. 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu açıqlayıb. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir.
Məsələylə bağlı doğulduğu rayon haqda Adalet.az-a danışan professor Qulu Məhərrəmli bunları deyib:
“Əlbəttə, ölkənin bütün vətəndaşları kimi zəngilanlılar da bu tarixə çox sevinir. Çünki düşməndən azad olunmuş torpaqlarda çox böyük quruculuq işləri gedir. Zəngilanda Ağıllı kənd inşa olunub, istifadəyə verilib və orda əhali yaşayır. Körpülər tikilir, yollar çəkilir, Zəngilanda hava limanı istifadəyə verilir. Rayon mərkəzində indi ciddi quruculuq işləri gedir, iri mədəniyyət mərkəzi tikilir. Önəmli olan odur ki, rayonun müdafiəi ciddi şəkildə möhkəmləndirilir, inkişaf prespektivi ilə bağlı planlar cızılır, rayon iqtisadiyyatını qurmaq, turizmi inkişaf etdirmək üçün çox böyük işlər görülür. Hesab edirəm ki, bunların hamısı çox ciddi məsələlərdir. Ağır gedən işlər var. Kənd təsərrüfatı işləri aparılır. Bütün bunlar hamısı müsbət tendensiyalardır. İndi əhalinin köçürülməsi tədricən həyata keçirilir. Bəzi kəndlər yerini dəyişib, bəziləri yenidən qurulub. Əlbəttə, arzuolunandır ki, daha sürətli bir proses olsun. Köçən əhalinin işlə təmin olunması, həyətyanı təsərrüfatın qurulması, genişləndirilməsi həyata keçirilsin və ora gedənlərin sayı çoxalsın. Çünki insan nəfəsi dəyəndə o yerlər bir daha canlanır. Gözəl bir tarixdi, gündü, bunu yaşayırıq. Heab edirəm ki, Zəngilanın inkişafı, onun tərəqqisi, onun yenidən bir rayon halına gəlib inkişaf etməsi Azərbaycanın sayrışan ulduzlarından birinə çevrilməsi üçün çox ciddi addımlar atılır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Yanvar 2026 14:02
Raquf Orucovun haqqını rəsmən verməkdə ancaq və ancaq fayda var - Səxavət Məmməd yazır
18 Yanvar 2026 13:56
Raquf Orucov: igidliyi haqqında əfsanələr dolaşan komandir! - Elgün Gəncimsoy yazır
18 Yanvar 2026 13:51
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTOLAR
18 Yanvar 2026 11:28
FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirib
17 Yanvar 2026 19:23
Sükan arxasında oyun oynayan sürücü cəzalandırıldı - VİDEO
17 Yanvar 2026 11:02
Yol polisi qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
16 Yanvar 2026 17:17
İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqlədi
16 Yanvar 2026 13:15


Bakı -°C

