"Efir ciddi güzgüdür və istəsən belə simanın əslini gizlədə bilmirsən"
"Efir ciddi güzgüdür və istəsən belə simanın əslini gizlədə bilmirsən. Özün hiss etməsən də, səmimiyyətin və ya qeyri səmimiyyətin həssas tamaşaçının gözündən yayınmır".
Adalet.az xəbər verir ki, bunu məşhur aparıcı Rövşanə Ağasəfqızı deyib.
Aparıcı bildirib ki, yüz don geyin, min aksesuar tax, makiyaj yox qrim edib boyansan belə varlığının xislətini ört-basdır edə bilməyəcəksən:
"Telefonu əlinə alıb min ünvanda nəsə çəkib ağıllı və ya səmimi görünməyə iddialı ola bilərsən. Əmin ol, qaşının oynaması, gözünün süzülməsi, dodağının tərpənişi belə gözdən yayınmır. Çılpaqlığı ilə mənzərə aydındır kimsən, necəsən, hardan hara gəlmisən. Az maskalan, sən kameranı yox, kamera səni fəth edir. Hətta təslim edir".
Aparıcı deyib ki, uğur bəlkə şansdır, bəlkə zəhmətdir, bir az qismətdir, lap alın yazısıdır:
"Karyera bitəcək, pul tükənəcək, iş axsayacaq.Mənə görə uğurdürüstlükdür, bütövlükdür, vəfadır, sahib olmağı bacarmaqdır…Sevdiyinə, doğmana, dostuna, peşənə vəfa, sözünə bütöv, xarakterin mükəmməl cizgisi uğurun qızıl açarıdır.
Həyatda nə çox yarımçıqlar efirdə, telefon kamerası önündə bütövuüoynayanlar, maskası cırılıb, lüt qalanlar, oynamaqdan yorulmayanlardır. Bax əsl rəzalət budur. Oynamaq demişkən yaxşı tamaşa olsa, idi gedib baxardım. Uğursuz artistlik edənlərdən yorulduq".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Noyabr 2026 13:32
Burak Özçivit serialı final etməsin deyə görün nə etdi
12 Noyabr 2026 10:57
Sərxan Kərəmoğlu həmkarından gileyləndi
12 Noyabr 2026 10:48
Əməkdar artist: “Bunu etməyə ixtiyarım yoxdur”
09 Noyabr 2026 20:00
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
09 Noyabr 2026 18:10
Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
09 Noyabr 2026 11:31
“İki il boyunca o anı gözlədik” - “Şahzadə Mustafa”dan etiraf
08 Noyabr 2026 14:13
Ərinə görə övladının toyunu təxirə saldı
07 Noyabr 2026 21:10


Bakı -°C

