“Bu məlumatlar üç il əvvələ aiddir, həqiqəti əks etdirmir...” – Hərbi ekspert
“Tiktok” platformasında köhnə xəbəri təzə imiş kimi ictimaiyyətə təqdim edərək guya Müdafiə Nazirliyinin daha beş min nəfərə veteranlıq verəcəyi bildirilir. Bunun nə qədər doğru olub olmaması ilə bağlı redaksiyamıza bir qrup Vətən müharibəsi iştirakçısı müraciət edib.
Adalet.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün hərbi ekspert Ədalət Verdiyevə müraciət edib.
Hərbi ekspert bildirib ki, bu təzə xəbər deyil:
“Sosial şəbəkələrdə beş min nəfərə veteranlıq adının verilməsi ilə bağlı paylaşılan video material həqiqəti əks etdirmir. Bu məlumatlar üç il əvvələ aiddir. Lakin təəssüflər olsun ki, hələ də Azərbaycanda bu tip şəxslər tapılır ki, köhnə məlumatların üzərinə yeni məlumatları yazmaqla onları əhalimizə təqdim edirlər. Bu tamamilə yanlış addımdır və mənəviyyatdan, şərəfdən və ləyaqətdən uzaq bir davranışdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Fevral 2026 18:51
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
02 Fevral 2026 17:00
Nazirlər Kabineti icazələrlə bağlı siyahını yenilədi
02 Fevral 2026 16:03
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
02 Fevral 2026 15:33
Bu tarixi Azərbaycan kəndinə giriş pullu olacaq
02 Fevral 2026 13:24
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi - VİDEO+FOTOLAR
02 Fevral 2026 13:12
1738 hektar ərazi minalardan təmizlənib
02 Fevral 2026 09:17
Mehriban Əliyevadan Gənclər Günü ilə bağlı PAYLAŞIM
31 Yanvar 2026 15:35


Bakı -°C

