“Zəngəzur açılması illik 35 milyon ton yükün daşınmasına imkan verə bilər”

“Gələn həftə Şanlı Zəfərimizin 5-ci ili qeyd olunacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev rəhbərliyi ilə güclü xalq-iqtidar birliyi Zəfərə çatmağımızda əsas şərtlərindən oldu. Vətən savaşında qazandığımız Zəfər Azərbaycanın ərazi bütövüyünün və suverenliyinin bərpasına imkan verdi və uzun müddət işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu. Zəfərimiz nəticəsində regionda formalaşan sülhün hansı iqtisadi dividentləri var?”
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi zəfərdən sonra Cənubi Qafqazda formalaşan yeni düzən Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində anlaşmanın əldə edilməsinə imkan yaratdı:
“Şanlı Zəfərimizin regiona gətirdiyi sülhün starteji, siyasi və təhlükəsizlik aspektləri ilə yanaşı iqtisadi təsirləri də az deyil. Bir müddət öncə “Moody’s” beynəlxalq reytinq agentliyinin qeyd etdiyi kimi, anlaşma regional sabitliyi ilə bağlı narahatlıqları aradan qaldıra və inkişaf yönümlü impulsları, eləcə də xarici sərmayə marağını stimullaşdıra bilər. Qafqazdakı sülh Azərbaycanın müxtəlif sahələrdə iqtisadi inkişafını daha da dəstəkləyə bilər. Belə ki, sülhün regionda daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacağı gözlənilir. Xarici investorlar sülhün əldə edildiyi Qafqaza sərmayə qoyluşlarında daha maraqlı olacaqlar. Xüsusilə nəzərə almalıyıq ki, uzun müddət regiona sərmayənin cəlb edilməsinə təsir göstərən faktorlardan biri də konfliktlər olmuşdur. Azərbaycan Prezidentinin yeni dövrünün yeni hədəflərinə uyğun olaraq qeyri neft-qaz sektoruna daha çox sərmayənin cəlb edilməsi əsas prioritetlərdən biridir. O istiqamətdə də aparıcı ölkələr ilə əməkdaşlığın gücləndirilməsi, daha çox sərmayənin cəlbi istiqamətində işlər həyata keçirilir”.
Onun sözlərinə görə, gözlənilir ki, sülh müqaviləsindən sonra xüsusən inkişaf etmiş ölkələr tərəfindən regionda daha çox sərmayənin cəlbinə şərait yaradılacaq:
“Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında əlaqələrin yenidən bərpası və Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region üçün yeni inkişaf imkanları demək olacaq. Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Qərb-Şərq nəqliyyat dəhlizlərinə inteqrasiya oluna biləcək. Bu da nəticə etibarilə yeni dəhlizlərin və yeni layihələrin reallaşması üçün bir zəmin yaradır. O baxımdan Zəngəzur dəhlizi Azərbaycan üzərindən daha çox yüklərin daşınması və bütövlükdə, regionun iqtisadi fayda götürməsi üçün mühüm bir imkandır. Çünki Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Bu da Azərbaycanı beynəxalq yükdaşımalarda regional haba çevirəcək. Bütövlükdə, Azərbaycanın əldə etdiyi Zəfər daha stabil və inkişaf etmiş Qafqaza nail olunmasında vacib addım oldu”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
01 Noyabr 2025 12:24 Neftimiz yenə ucuzlaşdı
31 Oktyabr 2025 15:37 Palata gələn ilin dövlət büdcəsinə rəyi parlamentə göndərdi
31 Oktyabr 2025 15:20 “AzerGold” QSC məhsul portfelini 1 qramlıq qızıl külçələr hesabına genişləndirib
31 Oktyabr 2025 12:48 Bina tikintisi ilə bağlı daha bir tələb qoyulur - Yeni qanun
31 Oktyabr 2025 12:06 Rəqabətin məhdudlaşdırılmasına görə cərimələrlə bağlı yeni qayda müəyyən edilir
31 Oktyabr 2025 11:24 "Gizli iqtisadiyyatın aradan qaldırılmasını müşahidə edəcəyik" - Deputat
29 Oktyabr 2025 17:34 İri sahibkarlığa verilən kreditlərin həcmi MƏLUM OLDU
29 Oktyabr 2025 11:07 

Bakı -°C 






