İndiyədək Bakıda dolu yağdığını görməmişdik...
Bizi dolunun ən çox rayonlara , kəndlərə yağdığını görmüşük! Və görmüşük ki, dolu yağanda , mer- meyvəni, tərəvəzi, bostanı, istisnanı məhv edir. Yəni kəndli nə əkibsə, bir neçə dəqiqənin içində hər şey puç olur.
Ona görə də kənd adamları, əkin - biçin işləri ilə məşğul olanlar Allaha yalvarır, dua edirlər ki, dolu yağmasın! Amma bu dəfə dolu Bakıya yağdı. 70 yaşım var , ancaq Bakıya dolu yağdığını görməmişdim! Bunu da gördüm. Və nə yaxşı dolu yağışı çox çəkmədi, yoxsa yaşayış sahələrinə , binaların damlarına ziyan vura bilərdi.
Dolu yağanda həmişə olduğu kimi, həyətimizdə maşınlar vardı. Düşündüm ki, avtomobilllərin damı əzilər, amma xoşbəxtlikdən belə hadisə baş verməmişdi.Elə qonşularımız da dedilər ki, heç kimin maşınına zərər dəyməyib.Bax , belə nə yaxşı ki, Bakıya yağan dolu zərərsiz ötüşdü!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
08 Sentyabr 2026 10:27
Küləkli hava şəraiti ilə bağlı XƏBƏR: 4 nəfər yaralandı
08 Sentyabr 2026 09:51
Hacıqabulda QƏZA: Ölən və yaralananlar var... - YENİLƏNİB
08 Sentyabr 2026 09:44
Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürüb
07 Sentyabr 2026 19:34


Bakı -°C

