adalet.az header logo
  • Bakı -°C
27 Aprel 2026 10:59
72
MƏMLƏKƏT
A- A+

Bəzi sürücülər piyadalara yol vermirlər...

 Bakı şəhərində piyadaların təhlükəsizliyi həmişə yol polisi tərəfindən diqqət mərkəzində saxlanılıb. Çünki sirr deyil ki, bir çox piyadalar təyin olunmuş yerlərdən deyil,  nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yerdən keçirlər. Bu da bir çox halda piyadaların vurulması ilə nəticələnir.

Ona görə də, yol polisi bir qayda olaraq piyadaları maarifləndirir ki, onlar təyin edilmiş yerlərdən- yeraltı, yerüstü keçidlərdən  və piyada zolaqlarıdan, eləcə də işıqforun yaşıl işığı yanarkən yolu keçisinlər. Təbii ki, bunlara əməl edən də var, etməyən də! Bunu görə də hərəkət iştirakçıları məsuliyyət daşıyır və qanunu pozduqlarına  görə, cərimə edilirlər.

Bunlar hamısı aydındır. Amma aydın olmayan odur ki, bəzi sürücülər piyada zolaqlarını keçərkən hərəkət iştirakçılarına yol vermir və onların həyat üçün təhlükə yaradırlar . Dəfələrlə Bakıda belə sürücü məsuliyyətsizliyinin şahidi olmuşuq və hətta piyada keçidinin üstünda avtomobil  piyadanı  vurub. Hələ də bəzi sürücülər anlamırlar ki, piyada zolaqlarında piyadalara yol vermək lazimdır.

Məsələn, Aprelin 27- də saat 10:18 dəqiqədə Prezident aparatının qarsındakı zolaqdan " Azneft" tərəfinə gələrkən bir sürücü bizə yol verdiyi halda, digər iki sürücü yolun yarısında yol vermədi  və təhlükə yaratdı.Ona öz etirazımızı da bildirdik.Bax , bu cür sürücülər İnzibati Xəbərlər Məcəlləsinin müvafiq maddəsi ilə 40 manat məbləğində cərimə edilirlər.Bir qayda olaraq yol polisi Bakıda hərəkətin təhlükəsizliyini təmin edir, ancaq bəzi intizamsız, məsuliyyətsiz  sürücülər isə yol hərəkəti qaydalarını kobud surətdə  pozurlar . Sonra da haqsız yerə deyirlər ki, yol polisi bizi cərimələdi!!!

Emil FAİQOĞLU