Dana kəndiri qırıb qaçdı...
Bir neçə gün bundan əvvəl Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsində ət satışı köşkünün yanında ağaca bağlanmış dana kəndiri qıraraq qaçıb.
Biz bunu 50 nömrəli marşrutda gələndə gördük! Dana sürətlə üzü Köhnə Günəşliyə tərəf qaçırdı.Özü də avtomobil yoluyla.Heç sahibinin də hələ xəbəri yox idi. Nə yaxşı insanlara hücum eləmirdi.
Qarşısına çıxan adamlar bu təhlükəni hiss etdiyi üçün həmin yerdən uzaqlaşırdılar. Balaca uşaqlar isə dananın dalınca qaçırdılar. Böyüklərdən kimsə , onları başa saldı ki,bu,çox təhlükəlidir və dana sizi bura bilər.
Ona görə də,uşaqlar tay onun dalınca qaçmadılar. Ümumiyyətlə, belə hadisələr zamanı dananı hörkütmək olmaz. Çünki onda heyvan daha da qəzəblənir və insanlara hücum çəkir.
Türkiyədə də belə hadisələr tez-tez olur və bəzən dana marketə , mağazaya girir . Onu sakitləşdirib tuturlar. Amma bu dana yolboyu qaçırdı və heç kimə də zərər toxundurmurdu. Sonradan öyrəndik ki, əlaqədar qurumların kölməy ilə dananı tutub, qəssabxanaya gətiriblər! Bir sözlə, ət satışı ilə məşğul olanlar daha məsuliyyətli olmalı, heyvanları təhlükəsiz yerdə saxlamalı,insanların həyatı üçün təhlükə yaratmamalıdırlar!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
13 Iyul 2026 14:36
Azad edilmiş ərazilərdə daha 114 mina aşkarlandı
13 Iyul 2026 12:50
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü
13 Iyul 2026 12:42
Sürücünün yıxılmasına səbəb oldular, kömək belə etmədilər - VİDEO
13 Iyul 2026 10:58
Ağdam sakini müharibədə itkin düşdü
13 Iyul 2026 09:45
Bakı-Quba yolunda yanacaq maşını aşdı, yanğın baş verdi - VİDEO
12 Iyul 2026 19:01
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
12 Iyul 2026 09:06
Tovuz döyüşlərindən 6 il keçir
11 Iyul 2026 19:00


Bakı -°C

