adalet.az header logo
  • Bakı -°C
09 Iyun 2026 10:19
89
DÜNYA
A- A+

Kallass Avropada vahid ordu yaranmasının əleyhinədir

Avropa İttifaqı  xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə baş nümayəndəsi Kaya Kallass, Avropada vahid ordu yaradılması ideyasının əleyhinə çıxış edib.

Kallass birliyin müdafiə nazirləri ilə Kiprdə keçirilən qeyri formal görüşündə bildirib ki, müdafiə məsələsi hər bir ölkəni  milli kompentensiyasına aiddir. Biz ölkələri daha sıx əməkdaşlığaçağırırıq. Belə olan halda Avropanın NATO-ya töhvəsi də, kifayət qədər artacaq.

 Kaya Kallass əlavə edib ki, Avropa bir-birini təkrarlayan strukturların yaranmasından qaçmalıdır, bu qarışıqlığa gətirib çıxarar.

 Brüssel nümayəndəsi bəyan edib ki, Moskva ilə, Ukrayna menaqişəsinin həlli ilə bağlı danışıqlara başlamaq hələ tezdir. Avropa İttifaqı Rusiyaya hərbi qüvvələrini ixtisara salmağı təklif edəcək.

 Rüstəm Hacıyev