adalet.az header logo
  • Bakı -°C
14 Iyul 2026 09:34
57
SİYASƏT
A- A+

“Prezident Azərbaycanı orta güc elan etdi”

“Prezidentin Şuşa Forumundakı mesajları çox möhtəşəmdir. Şübhəsiz ki, canlı yayımdakı çıxışı haqda hamı yazacaq. Tam bir strategiya çizdi. Amma görüşləri olduqca pozitiv və eyhamlarla, birbaşa sözlərlə, istiqanlı yanaşmaları ilə doludur”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

“Neçə gündür rəhbərliyin Qarabağ səfərini sırf erməni mediasından təqib edirik. Açılan hər stansiya, yol, fabrik müharibə qədər ağır təsir edir onlara. Hələ Həkəri çayı üzərində təməllərini qoyduğu SES...Böyük bir ölkə Qarabağa sonuncu adamına qədər qayıtmağa səfərbər olub.Şuşada Forum keçirilməsi isə Qarabağa, tarixində, işğal izlərinə və hazırkı quruculuğa diqqəti cəlb etməkdir. Bax o güman ki, orta asiyalı xanım jurnalistlə dialoqu nəyə desək dəyər.Təxminən bu cür idi:İndi minalar yox, Qarabağ var. Bəlkə də başqa cür deyib, amma əminəm ki, belə bir şey idi. Ölkəmizin isə faktiki Orta Güc elan edilməsi rəsmiləşdi”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN