Yadıma niyə düşdü?! - Rza Rzayev yazır

RZA RZAYEV
97 | 2025-09-23 18:02

İllər öncə belə bir status yazmışdım - ilk öncə ANS TV bağlanandan sonra Vahid Naxışa müraciət etdim, ondan xahiş etdim ki , ANS TV bağlamamışdan öncəki illərdə onun ad gününü təbrik edənlərin və ANS TV bağlanandan sonra onun ad gününü təbrik edənlərin statistikasını paylaşsın.

Bir neçə il sonra APA bir neçə gün bağlananda da Vüsalə xanıma müraciət etdim, ondan xahiş etdim ki, APA bağlanmamışdan öncə statatuslarına bəyənmə işərəsi qoyanlarla, APA bağlanandan sonra statuslarına bəyənmə işarəsi qoyanların statistikasını paylaşsın.

Əslində, şəxsim bu statistikanı aparmışdı, Vahid Naxışın ad gününü təbrik edənlərin və Vüsalə xanımın statuslarını bəyənənlərin sayında 100/90 faiz azalma var idi…

Yadıma niyə düşdü?!

Adnan həbs olunub, həbs olunmamışdan öncə onunla şəkil çəkdirənlər, ona qardaş , dost deyənlər, onunla şəkil çəkdirib özünü xoşbəxt sayanlar indi siçan deşiyini satın alıblar, birinin də səsi çıxmır…

Dərdim nədir?!

Cəmiyyət həyatında baş verən bütün mənfi hadisələrin mənbəyi adamların bu ikiüzlülüyüdür!

Bildiyiniz kimi həbs həyatı yaşamışam, bir dənə də olsun dostum, qohumum məndən üz çevirmədi, hamısı yanımda oldu, məhkum edilmiş adam üçün bu əvəzedilməz haldır. İçəridə adam çöldən gələn dəstəklə nəfəs alır, həyata yenidən bağlanır…

Adam bu qədər imkanla - çox demirəm, on nəfər özünə sadiq, onun yolunda can qoyan dost qazana bilməyibsə, deməli adamın özü də dostları, qohumları kimi imiş…

 

TƏQVİM / ARXİV