Yapon alim özünün robot oxşarlarını nə üçün düzəldib?
Müasir texnologiyanın sərhədləri hər gün bir az da genişlənməkdədi. İndiki robotlar yalnız zavodlarda iş görən mexanizm deyil, artıq onlar danışır, düşünür, gülümsəyir, hətta insanı təqlid edirlər. Yapon tədqiqatçısı, texnoloq alim Hiroşi İsiquro robotlarla bağlı qeyri-adi bir addım atıb. Belə ki o, son 18 ildə özünün oxşarı olan altı robot yaradıb.
İsiquronun yaratdığı bu robotlar yalnız mexaniki qurğular deyil, onlar həm də alimin daxili aləmini əks etdirən “geminoidlər”di. Onun son modeli olan Geminoid HI-6 alimin özünə o qədər oxşayır ki, vəziyətdən xəbəri olmayan kimsə onun robot olduğunu hiss edə bilməz. Robot öz tədqiqatçısının səsini, danışıq tərzini, əl jestlərini, hətta göz qırpmasını belə, olduğu kimi yamsılayır.
Mütəxəssislərin fikrincə bu layihə sadəcə texnologiya deyil, bu həm də insanın özünə kənardan baxışıdır. Robot oxşarlarını getdikcə təkmilləşdirən İsiquro öz kəşfini “insanın mahiyyətini daha dərindən anlamaq” marağı ilə izah edib. Alim özünün geminoidləri haqda danışarkən: “Gələcəkdə insanlar robotlarla emosional əlaqə quracaq, onları həm müəllim, həm dost, həm də ailə üzvü kimi qəbul edəcəklər” – söyləyib.
Bu fikirlər bəziləri üçün qorxulu səslənə bilər. Ancaq tarix göstərir ki, hər yeni texnologiya əvvəlcə qorxu, sonra maraq, nəhayət, asılılıq doğurur. Bəlkə də bir gün Hiroşi İsiquronun robotu məktəblərdə dərs deyəcək, xəstəxanalarda xəstələrlə danışacaq və ya tənha qocalarla yoldaşlıq edəcək.
Alim öz təcrübəsinin ona bəxş etdiyi hisslərindən danışarkən: “Bu sualı yenidən gündəmə gətirmək istəyirəm: insanı insan edən nədir — ürək, beyin, yoxsa ruh? Robotlar hələlik bizim kimi duyğulu ola bilməsələr də, onlar bizim davranışlarımızı, sözlərimizi, hətta düşüncələrimizi daşıyırlar” - deyib.
Yapon psixoloqları alimin bu layihəsini, texnologiyanın təkamülündən çox, insanın özünün həyatdakı obrazına baxışının dəyişməsi kimi qiymətləndiriblər. Onların fikrincə biz, texnologiya vasitəsilə təkcə gələcəyə getməyi deyil, eyni zamanda özümüzü də kəşf etməyi bacarmalıyıq.
Murad Köhnəqala
Digər Xəbərlər
06 Dekabr 2025 14:59
Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO
06 Dekabr 2025 11:04
Peskovun qızının şəkilləri müzakirələrə səbəb oldu - FOTO
04 Dekabr 2025 14:56
Elm itlərə olan sevgimizi necə izah edir?
03 Dekabr 2025 14:59
Ölən qız morqda dirildi - FOTO
03 Dekabr 2025 11:47
Aral dənizinin faciəsi və Qazaxıstanın xilaskar çabaları
02 Dekabr 2025 15:09
Əcnəbi gəlin toydan sonra qızılları oğurlayıb qaçdı - FOTOLAR
01 Dekabr 2025 13:41
"İnsan yuma maşınları" bu qiymətə satışa çıxarıldı
01 Dekabr 2025 09:13


Bakı -°C

