Yarım milyonluq qızıl oğurladılar: Hərəsi bir maşın aldı
Tovuz rayon Polis Şöbəsinə cari ilin aprel ayında rayonun Əyyublu kənd sakininə məxsus fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslərin qeyr-qanuni yolla daxil olaraq oradan nağd pul və külli miqdarda qızıl-zinət əşyaların oğurlaması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Adalet.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq oğurluğu törətməkdə şübhəli bilinən Əyyublu kənd sakinləri- Nemət Abbasov, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər fərdi yaşayış evinə qeyri qanuni yolla daxil olaraq oradan 2 800 manat nağd pul və ümumi dəyəri 500 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurladıqdan sonra həmin qızıl-zinət əşyalarını əridərək külçə halına salmış, daha sonra Bakı şəhərinə apararaq satıblar. Saxlanılan şəxslərdən bir neçəsi əldə etdikləri pula hətta avtomobil belə alıblar.
Həmin şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Tovuz rayon Polis Şöbəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Digər Xəbərlər
04 Oktyabr 2026 18:32
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
03 Oktyabr 2026 17:50
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
03 Oktyabr 2026 11:46
Polis bir gündə 57 nəfəri saxladı
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49
Bərdədə 26 yaşlı gənc qətlə yetirildi
30 Sentyabr 2026 10:19


Bakı -°C

