YENGƏ ƏLİBOŞ QAYITDI
Hərdən Qarabağdakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradova yazığım gəlir. Adam ermənilərin quşun nə qədər götürər, iyrənə-iyrənə Araiklə gündə neçə dəfə öpüşər, artist kimi ermənilərin üzünə nə qədər gülər.
Bunlar cəhənnəm, həm də təzə nişanlananlara, evlənənlərə nə qədər yengəlik edər? Gah yığıb Kəlbəcərin Dədəvənginə aparır, o gün də 300 ermənini yığıb Xocavənd rayonundakı kilsəyə gətirmişdi.
Adam nə qədər şam tutar, şam yandırar?
İndi də gəlmişdi guya Azərbaycandakı erməni hərbi əsirlərinə yengəlik edib İrəvana aparmağa, əliboş qayıtdı.
Ona görə ki, Azərbaycanda erməni hərbi əsirləri yoxdu, hamısı təhvil verilib.
Azərbaycanda məlum təslimçilik aktından 15-20 gün sonra gəlib Qarabağda cinayət törədən terrorçular var.
Bunu xarici işlər naziri, hörmətli Ceyhun Bayramov da dəfələrlə vurğulayıb. Terrorçular isə terror törətdiyi ölkənin qanunları ilə mühakimə olunurlar.
İstəyirəm müraciət edəm Rüstəm Muradova, bizim xalaoğluna da bir yengəlik eləsin. Nişanlanıb, arzusu odur ki, Xocalıdakı dağılmış məsciddə kəbin kəsdirsin. Görən, eşidər?
Nicat NOVRUZOĞLU
Digər Xəbərlər
11 Iyun 2026 11:54
Pensiyaçılarla bağlı ŞAD XƏBƏR
11 Iyun 2026 11:44
Hərbi xidmətdən yayınanları hansı cəzalar gözləyir?
10 Iyun 2026 19:11
“Ölkədə aptek şəbəkəsi digər ölkələrdəkindən 20 dəfə artıqdır...”
10 Iyun 2026 18:35
Bakı-Balakən-Bakı qatarının hərəkət cədvəli dəyişir
10 Iyun 2026 18:00
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
10 Iyun 2026 16:45
"Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur" - Baş prokuror
10 Iyun 2026 16:36
Əli Kərimli ilə bağlı - Vacib xəbər
10 Iyun 2026 16:06


Bakı -°C

