"Yerlərdən gələn siqnallar yoxlanılır" - Məmurlara xəbərdarlıq
"Bizim cəmiyyətimiz çox gözəl cəmiyyətdir. Ölkədə işlər müsbət istiqamətdə gedir, ölkəmiz dünya arenasında görün, nə qədər böyük uğurlara nail olubdur".
Adalet.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Bax, dediyim xarici siyasətlə bağlı olan məsələlər hələ işlərin bir hissəsidir. İqtisadi inkişafla bağlı heç bir narahatlıq yoxdur. Ancaq etibar etdiyim kadrlar və bütün dövlət məmurları öz fəaliyyətini bu prinsiplər əsasında qurmalıdırlar. Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm? Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər. Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam da özünü çox gözlətməyəcək".
Digər Xəbərlər
28 Yanvar 2026 22:08
Mehriban Vəliyevanın təşəbbüsü ilə Sumqayıtda ödənişsiz hüquqi yardım aksiyası keçirilib
28 Yanvar 2026 17:44
“Dərnəgül” elektrik deposunun tikintisi mərhələli şəkildə icra olunur
28 Yanvar 2026 16:30
14 589 şəxsə amnistiya şamil edilib
28 Yanvar 2026 16:29
Bakıda oğurluq etdikləri evlərin kameralarını sındırdılar - VİDEO
28 Yanvar 2026 16:24
Səhiyyə xərcləri 30 %-dən çox azalıb
28 Yanvar 2026 14:33
Baş Prokurorluqdan kibertəhlükələrlə bağlı müraciət - VİDEO
28 Yanvar 2026 13:58
Uşaqların sosial şəbəkələrə girişinə qadağa qoyulması təklif olunur
28 Yanvar 2026 13:08


Bakı -°C

