Yol polisindən “Son zəng”lə bağlı xəbardarlıq
Baş Dövlət Yol Polisi İdarəsi “Son zəng”lə bağlı xəbardarlıq edib.
Bu barədə Adalet.az-a idarədən məlumat verilib.
Bildirilib ki, bu gün ümumtəhsil müəssisələrində keçirilən “Son zəng” tədbirləri ilə əlaqədar yol polisi əməkdaşları ölkə üzrə gücləndirilmiş iş rejimdə xidmət aparır, hərəkət iştirakçılarının təhlükəsizliyinə ciddi nəzarət olunur.
"Təəssüf ki, əvvəlki illərin təcrübəsi göstərir ki, bəzən məzunlar ailə üzvlərinə məxsus avtomobillərin sükanı arxasına keçərək həm özləri, həm də digərləri üçün təhlükə yaradır. Belə hallar yalnız qanun pozuntusu deyil, eyni zamanda həyat və sağlamlıq üçün ciddi riskdir.
Bu xüsusda valideynlərə və məzunlara bir daha xatırladırıq: Nəqliyyat vasitələrinin sürücülük hüququna malik şəxslər tərəfindən idarə olunması qanunvericiliyin tələbidir və bu qaydaya əməl edilməsi hər bir kəsin həm hüquqi, həm də mənəvi məsuliyyətidir.
Baş Dövlət Yol Polisi İdarəsi “Son zəng” tədbirləri ilə bağlı bir daha xəbərdarlıq edir:
- Sürücülük hüququ olmayan şəxsin nəqliyyat vasitəsi idarə etməsi inzibati məsuliyyət yaradır;
- Belə hallara şərait yaratmaq yolverilməz və məsuliyyətsiz davranışdır;
- Səs-küylü, təhlükəli, cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən hərəkətlərə qarşı nəzarət daha da gücləndiriləcək.
Bu əlamətdar gün münasibətilə bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyat yollarında uğurlar arzulayırıq.
Tövsiyələrə əməl edək ki bir günün ehtiyatsızlığı bir ömür peşmanlığına çevrilməsin!".
Digər Xəbərlər
13 Iyul 2026 12:40
Pensiyalar sabah ödəniləcək
13 Iyul 2026 12:25
Rusiyanın səhiyyə naziri Azərbaycana gəlib
13 Iyul 2026 11:06
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
13 Iyul 2026 10:25
Keçmiş məcburi köçkünlər qeydiyyatda olmadıqları rayonlara köçürülür? - VİDEO
12 Iyul 2026 12:35
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
11 Iyul 2026 18:31
Prezidentin sosial media hesabında Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb
11 Iyul 2026 18:15
İlham Əliyev “Xankəndi” hotelinin açılışında iştirak edib - FOTOLAR
11 Iyul 2026 16:20


Bakı -°C

