Yuri Qusev ukraynalı uşaqlara dəstəyə görə Azərbaycana təşəkkür edib
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Rusiya-Ukrayna münaqişəsi nəticəsində zərər çəkmiş ukraynalı uşaqlara göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.
Adalet.az xəbər verir ki, bu barədə Y. Qusev bu gün Ukraynanın Xarkov və Xerson vilayətlərindən bir qrup uşağın gəldiyi Bakı hava limanında jurnalistlərə açıqlamasında bildirib.
"Biz ukraynalı uşaqlara göstərilən dəstəyi çox yüksək qiymətləndiririk və Azərbaycan Prezidenti İlham Əliyevə, hökumətə və bütün Azərbaycan xalqına təşəkkür edirik. Bunu heç vaxt unutmayacağıq", - Qusev deyib.
O qeyd edib ki, Azərbaycanın ukraynalı uşaqlar üçün həyata keçirdiyi reabilitasiya proqramı iki ölkənin uşaqlarını, eləcə də ailələri və xalqları birləşdirir.
"Bu, Ukrayna ilə Azərbaycandan olan uşaqları birləşdirən, ailələri və xalqlarımızı birləşdirən çox vacib bir proqramdır. Çox təşəkkürlər, Azərbaycan", - səfir əlavə edib.
Digər Xəbərlər
28 Sentyabr 2026 18:42
Gədəbəy rayonuna icra başçısı təyin olundu
28 Sentyabr 2026 18:41
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
28 Sentyabr 2026 18:40
Naftalan şəhərinə icra başçısı təyin olunub
28 Sentyabr 2026 11:51


Bakı -°C

