Zaqatalaya yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin fevralın 21-i saat 8:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər yerlərində qar yağır.
Xidmətdən Adalet.az-a verilən məlumata görə, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 71, Qaxda (Sarıbaş) 50, Gədəbəydə 45, Şəkidə 25, Qubada 17, Şahdağ, Kəlbəcərdə 15, Lerikdə 14, Laçın, Qubadlı, Daşkəsən, Oğuzda 12, Altıağacda 11, Şamaxı, Naxçıvanda 10, Balakən, Şuşa, Şahbuz, Xaltanda 8, Xocalı, Xankəndi, Şərur, Tərtərdə 7, İmişli, Füzuli, İsmayıllı, Ağdamda 6, Zərdab, Tovuz, Qəbələdə 5, Qusar, Yardımlı, Culfa, Qobustan, Ağstafa, Göyçayda 3, Cəlilabad, Şabran, Ağsu, Naftalanda 1, Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir.
Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 5,1 metrdir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb.
Digər Xəbərlər
23 Yanvar 2026 17:15
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verildi
23 Yanvar 2026 11:49
Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər
23 Yanvar 2026 11:16
Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi
23 Yanvar 2026 11:08
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
22 Yanvar 2026 11:54
Güclü qarın yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO
22 Yanvar 2026 11:26
“Heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz...”
22 Yanvar 2026 10:48
“Təmtəraqlı yas məclisi qurub yekəqarın adamlara aş, pörtləmə verməkdənsə...”
22 Yanvar 2026 10:30


Bakı -°C

