Zaxarova ermənilərə "pay-pürüş" göndərəcək: 6 ton...
Ermənistan Avropa İttifaqına tərəf addımladıqca, Rusiya sanki Ermənistandan asılıymış kimi reaksiyalar göstərməkdə davam edir.
Adalet.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə növbəti dəfə Rusiyanın addımları ilə bağlı danışıb. O,deyib Qarabağdan könüllü köçən ermənilərlə bağlı humanitar məsələ Rusiya tərəfinin diqqət mərkəzindədir.
O əlavə edib ki, yaxın vaxtlarda Qarabağı könüllü tərk edən ermənilər üçün böyük humanitar kampaniya planlaşdırılır:"Bu humanitar məsələ Rusiyanın diqqət mərkəzindədir. Rusiya Humanitar Missiyası tərəfindən yeni humanitar aksiya nəzərdə tutulub və Ermənistan tərəfində bu məsələ ilə “Avrasiya” QHT-nin respublika bölməsi məşğul olur” - deyə o bildirib.
Rusiya rəsmisi onu da vurğulayıb ki, Rusiya 2023-cü ildən bəri Artsaxdan didərgin düşənlərə 6 ton humanitar: ərzaq, şəxsi gigiyena vasitələri və s yardım köçürüb.
Qeyd edək ki, Zaxarova əvvəlki açıqlamalarında bildirmişdi ki, Ermənistan hökuməti Rusiya və digər yaxın müttəfiqləri ilə münasibətlərini Avropa İttifaqı (Aİ) və ABŞ-nin müvəqqəti bonusları naminə qurban verir.
Əntiqə Rəşid
Digər Xəbərlər
22 Yanvar 2026 22:10
Yalnız Tramp Rusiya diktatorunu dayandıra bilər - Zelenski
22 Yanvar 2026 19:47
Ərdoğan Pezeşkianla DANIŞDI
22 Yanvar 2026 19:10
Ankaranın illərdir xəbərdar etdiyi reallıq... - Ərdoğan
22 Yanvar 2026 19:00
Rusiya–Ukrayna danışıqları üzrə son mərhələyə yaxınlaşırıq - Hakan Fidan
22 Yanvar 2026 18:00
Tramp: Zelenski ilə görüş yaxşı keçdi
22 Yanvar 2026 17:08
Tramp və Zelenski arasında görüş başlayıb - YENİLƏNİB
22 Yanvar 2026 16:37
21 yaşlı Nurayın qətli ölkəni silkələdi – Prezident HƏRƏKƏTƏ KEÇDİ
22 Yanvar 2026 16:26


Bakı -°C

