Zaxarova: "Finlandiya beynəlxaq terrororizmin iştirakçısıdır"
Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Finlandiya Ukraynaya dəstək verdiyi üçün beynəlxalq terrorizmin iştirakçısına çevrilib.
"Rəsmi Helsinski beynəlxalq terrorizmdə iştirak edir. Bundan başqa dpvlət sıravi finləri qanlı cəhənnəmə sürükləyir"-deyə Zaxarova bildirib.
Xanım Zaxarova deyəsən "beynəlxalq terrorizmin" nə olduğunu bilmir və yaxud Rusiyanın suveren ölkənin ərazilərini işqal edərək cəhənnəmə çevirməsini, milyonlarla insanın doğma yurd-yuvasından didərgin salınmasını "beynəlxalq terrorizm" saymır.
Öz gözlərində "tiri" görməyib, başqalarının gözündə "çöp" axtaran, hələ də imperiya xülyaları ilə yaşayan hazır ki, Rusiya hakimiyyətində olan qüvvələr, hər addımda təhdidlər, hədələr yağdırmaqdan belə çəkinmirlər.
Beş ildən çoxdur Ukrayna bataqlığında ilişib qalan, "dünyanın ən güclü ordusuna malik" (?) Rusiya, nəinki "dəvədən yuxıldığını" etiraf etmək istəmir, hətta ətraf ölkələri belə hədələməkdən çəkinmir.
Rüstəm Hacıyev


Bakı -°C

