“Zəfər. Tam və Qəti Qələbə” kitabı ictimaiyyətə təqdim olunub
Bu günlərdə “Azərnəşr” Tam və Qəti Qələbəmizin 5 illiyinə həsr olunmuş "Zəfər. Tam və Qəti Qələbə" kitabını yüksək tərtibatda və yüksək poliqrafiq keyfiyyətdə nəşr edərək geniş oxucu kütləsinə çatdırıb.
Adalet.az xəbər verir ki, kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «İnkişaf – məqsədimizdir» çoxcildliyinin xüsusi buraxılışı – «Zəfər. Tam və Qəti Qələbə» kitabında Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, mahir diplomat, qalib Sərkərdəmizin müqəddəs savaşın ilk dəqiqələrindən Zəfər gününə- dək möhtəşəm fəaliyyətindən bəhs edilir.
Prezidentimizin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi ağır artilleriya silahlarından şiddətli atəşə tutduqdan dərhal sonra – 27 sentyabr saat 12:45-də Azərbaycan xalqına müraciəti, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə telefon danışıqları, videomüraciətləri, aparıcı xarici KİV-lərə müsahibələri, hər bir yaşayış məntəqəsinin azad olunması haqda müjdə xəbərləri – tvitləri, 44 gündə rəşadətli Ordumuzun, qəhrəman əsgər və zabitlərimizin işğaldan azad etdikləri şəhər və kəndlərin, yaşayış məntəqələrinin, həmçinin erməni qəsbkarlarından götürülmüş qənimət silah-sursatların siyahısı xronoloji ardıcıllıqla ictimaiyyətə təqdim olunub.
Ağdamın, Laçının və Kəlbəcərin bir güllə atılmadan, heç bir itki vermədən geri alınması zamanı Ali Baş Komandanın xalqa müraciətləri də yer alıb.
Kitabda, həmçinin 19–20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlaması, 23 saat 43 dəqiqə ərzində separatçıların tərksilah edilərək ölkədən tamamilə çıxarılması və Azərbaycanın suverenliyinin tam bərpa edilməsi ilə bağlı məlumatlar da toplanıb.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
06 Dekabr 2025 18:29
Bəxtiyar Vahabzadə yaradıcılığında Səməd Vurğun obrazı
06 Dekabr 2025 13:58
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olundu
06 Dekabr 2025 09:26
“Bu ədəbiyyatdan bixəbərlər mədəniyyətsiz və nankordurlar...”
05 Dekabr 2025 18:10
Seyid Əzim Şirvaninin 190 illik yubileyi keçirildi
05 Dekabr 2025 12:47
Niyə yəhudilərdə milliyət ana xətti ilə müəyyən edilir? - Murad Köhnəqala yazır
04 Dekabr 2025 13:33
Bitməyən komediyaya sözardı və ya “Gülçöhrə və Əsgər” pyesinə yazılan ağı... - Esmira İsmayılova yazır
04 Dekabr 2025 12:39
Həyat imtahandır və ya nə yaxşı ki, yaxşılar var
03 Dekabr 2025 16:16


Bakı -°C

