Zelenski ölkəyə dəymiş ziyanın ödənilməsi ilə bağlı müşavirə keçirdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın vurduğu ziyana görə ölkəsinə təzminat ödənilməsi ilə bağlı iclas keçirib.
Adalet.az xəbər verir ki, bu barədə dövlət başçısının saytında məlumat verilib.
Kompensasiya mexanizminin yaradılması və həyata keçirilməsi üçün dövlət başçısı Prezident Aparatının rəhbəri Andriy Yermakın sədrliyi ilə Nazirlər Kabinetinin nümayəndələrinin, aparıcı ukraynalı və xarici beynəlxalq hüquqşünasların daxil olduğu xüsusi işçi qrupu yaradıb.
İclas iştirakçıları Rusiyanın aktivlərinin Ukraynanın xeyrinə məcburi müsadirə edilməsinə dair danışıqlar prosesinin gedişini və bu istiqamətdə atılacaq addımları müzakirə ediblər. O cümlədən Ukraynanın tərəfdaşları ilə çoxtərəfli beynəlxalq müqavilənin bağlanması yolu ilə xüsusi kompensasiya komissiyasının yaradılması istiqamətində iş aparılır. Bu komissiya müharibə nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı müraciətlərə baxa biləcək.
Digər Xəbərlər
07 Aprel 2026 19:36
İrana nüvə başlığı atılacaq? - GÖZLƏNİLƏN AÇIQLAMA
07 Aprel 2026 19:20
İstanbuldakı silahlı insidenti terror təşkilatı üzərinə götürdü
07 Aprel 2026 19:00
İsrail Müdafiə Qüvvələri İranda səkkiz körpünü məhv edib - YENİLƏNİB
07 Aprel 2026 18:51
“Sülhün yeganə alternativi sonsuz müharibədir”
07 Aprel 2026 18:45
İranda həbsdə olan Fransa vətəndaşları vətənlərinə qayıdırlar
07 Aprel 2026 17:54
İranın dəmir yolları və körpülərinə hücum başladı - Netanyahu
07 Aprel 2026 17:49
İranda radiasiya əleyhinə yod tabletləri paylanılır
07 Aprel 2026 17:37


Bakı -°C

