"Zəngəzurda problemin olmaması İranın mövqeyi ilə bağlıdır" - Köçəryan
"Zəngəzurda bu günə qədər heç bir ciddi problem yaşamamağımız İranın mövqeyi ilə bağlıdır".
Adalet.az xəbər verir ki, bu fikirləri ötən gün mətbuat konfransında Xocalı qatili, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib. O bildirib ki, əgər İranın Zəngəzurla bağlı birmənalı mövqeyi olmasaydı, Əliyevi heç bir maneə saxlaya bilməzdi və Ermənistan hakimiyyəti də “biz o dağlar uğrunda vuruşmayacağıq” deyərdi. Azərbaycan prezidenti hazırda 300 min azərbaycanlıdan danışır, amma bizim hakimiyyət susur, heç nə demir. Hətta sətiraltı deyir ki, Zəngəzur ümumiyyətlə onlarındır.
Ermənistan hakimiyyətindən bununla bağlı hər hansı bir ətraflı cavab eşitmisinizmi? Mən əvvəldən bir şey dedim ki, əgər o statusu qəbul etmisənsə, o statusdan nəticələr də yaranır və nəticəsi belə olur: “Mən sənə nə desəm, etməlisən”.
Xatırladaq ki, rəsmi Tehran “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” olduğunu deyib. İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün qırmızı xətt deməkdir və bu, “tamamilə qəbuledilməzdir”. Politoloqların fikrincə, İran Zəngəzur dəhlizinin reallaşmasına hər vəchlə mane olmağa çalışır. Hətta Rusiyadan da bu məsələni dəstəklədiyi üçün narazıdır.
Qeyd edək ki, Köçəryan əvvəlki, açıqlamalarında deyirdi ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvana dəhliz açmaq cəhdindən çəkindirir.
Əntiqə Rəşid
Digər Xəbərlər
10 Dekabr 2025 15:33
İrəvan Bakı ilə tam ticarətə hazır olduğunu açıqladı
10 Dekabr 2025 13:59
ABŞ-dən Türkiyənin "F-35" proqramına qayıtması ilə bağlı inadından dönmür
10 Dekabr 2025 13:06
"Bu, Ermənistan və Azərbaycan üçün birgə nailiyyətdir" - Paşinyan
10 Dekabr 2025 11:38
Şərqi Türkiyənin gizli gözəlliklərini bu qış kəşf edin – FOTOLAR
10 Dekabr 2025 11:37
Rusiya bu ölkələrdə təsir agentlərini formalaşdırmağa çalışacaq - Politoloq
10 Dekabr 2025 11:34
Münaqişənin həlli aylar tələb edir
10 Dekabr 2025 10:39
Tramp Zelenskini kapitulyasiyaya məcbur edir?
10 Dekabr 2025 09:44


Bakı -°C

