Əslində hədəf Aqil Abbasdır -Rza Rzayev yazır

RZA RZAYEV
12343 | 2022-01-17 15:12

Tuncayı illərdi tanıyıram. Sahəsini dərindən bilən , peşəsinə şərəflə yanaşan , hansı ailədən olduğunu , bu ailənin dövlət və cəmiyyət həyatındakı rolunu dərindən dərk edən və peşə şərəfini  hər şeydən üstün tutan - əsl Polis Zabitidir !

Belə birinin tez -tez hədəf alınmasının bəs səbəbi nədir?

Əslində - hədəf Tuncay deyil , Cənab Prezidentin Qarabağa səfərləri vaxtı Aqil Abbasa göstərdiyi və Aqil Abbasın da haqq etdiyi münasibətdir!

Çoxlarını qorxudan , kürkünə birə salan budur, qaşınmayan yerdən qan çıxarmaq istəyirlər . Tuncayı hədəf almaqla Aqil Abbası hədəf alırlar , demək istəyirlər ki , Dövlət

Başçısına bu qədər yaxın olma, Onu sonacan dəstəkləmə!

Çünki çoxunun süni , qəlbsiz , təmənna güdən “dəstəyi “ açığa çıxır , özlərini Dövlət Başçısına “göstərə” bilmirlər , başları sığalsız qalır !

Və öz aləmlərində hücuma keçirlər , qisas alırlar , zəif yer axtarırlar , amma yanılırlar. Tuncay Aqil Abbasın basılmayan ( məğlubedilməz) tərəfidir.

Tuncay haqda olmayanı ( olmayan böhtan sayılır) yazanlar , xəbərə çevirənlərin “qeyrət “ damarı tez -tez tutur , amma vaxtsız və yersiz, çünki bu gün ( əlində olanlar) adamın nə keçmişini , nə də gələcəyini dəyişmir , adamın alınına yazılanı heç nə təmizləmir , heç böhtan və şər də .

“Tuncay töhmət alıb “ - deyə sevincək olanlar və DİN Mətbuat xidmətinin təsdiqləmədiyi məlumatı yaldan yana yayanların peşəkarlığı göz önündədir!

TƏQVİM / ARXİV