Adını çəkmək istəmədiyim , uzun müddət xarici radioların birində Azərbaycan proqramının əməkdaşından soruşdum :
-- Belə bir radiosunda çalışdığınız ölkə sizə necə baxır , necə qiymətləndirir ?
Həmyerlimiz xeyli fikirləşdi və dedi:
-- Onlar bizə özlərinin muzdlu mülki əsgərləri kimi baxırlar .
Bu sözləri söyləyən elə-belə adam deyil . Əksər qələm sahiblərinin tanıdığı bir şəxsdir .
Bunu niyə indi xatırlatdım ?
Özgə bir dövlətin muzdlu , mülki əsgərinin Azərbaycanın böyük sənət adamına verdiyi təxribatçı suallara görə . Qərbdəki ağalarının qabağında çöməlib , bizim qarşımızda özünü uyduran , geydirmə adı belə bu millətə yad olan bir parodaya görə .
Küyə getməyək . Bir qədər səbrli , diqqətli olaq.
Çox hadisələrin şahidi olacağıq .