adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Rusiya düşmənçiliyi - Rza Rzayev yazır

RZA RZAYEV
1815 | 2022-03-19 13:15

Bilirəm,çoxu yardan (Rusiyadan) gileyli.

Dünyanı tək yemək istəyənlər var, bunlar Avropa dövlətləri və Amerikadır, qarşılarında müxtəlif vaxtlardaRus olub, son dövrlər Çin də var və var olmaq istəyən İran da var, ən əsası son dövrlər əsrlər ilə var olan, keçmiş əsrdə dağıdılan (Osmanlı), son dövrlər Erdoğan ilə yenidən doğulan yeni Türkiyə də var oldu.

Ərəb baharı ilə bahara çıxa bilməyən Avropa və Amerika Şərqdə maraqları eyni olan, amma fərqli 3 dövlətə uduzan kimidir - Türkiyəyə, Rusiyaya və İrana.Səbəb, bir daha söyləyirəm, Erdoğanın yeni Türkiyəsi oldu.

Türkiyənin güclənməsi, yenidən doğuluşu İranı tez dağılmaqdan xilas etsə də, Rusiyanın daha yaxın hədəf olmasını tezləşdirdi.İranın tezliklə dağılması Türkiyəni daha da gücləndirə bilərdi deyə, dünya gücləriTürkiyəni daha güclü edən gücü ortadan qaldırmaq istəyirlər.

Dünya güclərinə qarşı yeni güc yaranırdı, xiristan (Rus) və müsəlman (Türk) birliyi.Dünya gücləri buna heç cür imkan vermək istəmirlər. Öncə Türkiyəni hədəf aldılar, əllərində olan bütün imkanlardan istifadə etdilər,olmadı, Türkiyəni belə məhv edə bilməyəcəklərini görübgeri çəkildilər, bir az uzaqdan gəlməyi düşündülər, Türkiyənin hədəfi olan, Türkiyəni daha da gücləndirə biləcək Kiyevin (gəv evinin) Türkiyənin nəzarətinə keçəcəyində qorxdular və Türkiyə ilə Rusiyanı Kiyevdə məğlub etməyi qarşılarına aldılar.

Türkiyə ilə Rusiyanı Kiyevdə üz-üzə qoymaq istəyirlər, Kiyevin Türkiyənin təsirinə düşməsindənsə, Rusiyanın Kiyevi işğal etməsini daha məqsədəuyğun bildilər.

İki tarixi güc, iki böyük lider Avropa və Amerikanın dövri planlarını pozurlar. İllərdir Avropa və Amerika onlar üçün plan tutur, onları hər il plana salır, hər il də tutulan planlar pozulur.

Rusiya ilə Türkiyə dünya güclərinə qarşı yeri gələndə yerində birlik nümayiş etdirirlər.

Türkiyənin müəyyən etdiyi siyasi kurs, tutduğu yol, aparılan ardıcıl siyasət artıq dünya güclərini təbdən çıxarmış kimidir.

Türkiyənin artıq keçmiş Sovet ölkələrinə yolu açılmışdır, etnikbirlik və Rusiya ilə müasir maraqların üst-üstə düşməsi, düşmənlərin eyniliyi bu iki dövləti kürək-kürəyə gətirmişdir.

Rusiya strateji məqsədləri kənara qoyubmövcud vəziyyətdən çıxmaq, keçmiş ərazisini Avropa və Amerika işğalından xilas etmək üçün Türkiyənin bu ərazilərə girməsinə yaşıl işıq yandırmışdı.

Türkiyə Qarabağdan sonra artıq Kiyevdə idi, dünya gücləri Kiyevin Türkiyənin əlinə keçməməsi və Rusiyanın Kiyevi tutması üçün əllərindən gələni etdilər.

Hələ də Rusiyanın Kiyevi darmadağın etməsi üçün Rusiyaya yalançı (maliyyə və iqtisadi) təzyiqlər edirlər ki, Rusiya daha da aqressivləşsin.

Qonşu olmaq həm də düşmən olmaq deməkdir, çünki bir ərazini bölüşürsən, ərazidə maraqların üst-üstə düşmür, güclənmək, artıq olmaq üçün qonşu olmayan dövlətlər ilə birləşib qonşuya güc gəlmək istəyirsən.

Rusiya Ukranaya hücum edib. Başqa yolu var idimi? Yox.

Kiyev Rusiyanın əsrlərdir düşməni olan dövlətlərə qoşulub Rusiyanın düz burnunun ucuna onların qoşunlarını yığmaq istəyir.Gəlin bir anlıq düşünək, Fransa raketlərini və ordusunu Ermənistanda yerləşdirir və yaxud Yunanıstan fransız ordusunu Yunanıstanda yerləşdirir və raketlərinin (atom) üzünü Türkiyiyə çevirir. Azərbaycan və Türkiyə belə halda nə edərdi?Bir az da yaxına gələk, son dövrlər, gerçək olmadığı halda İran düşündü ki, Azərbaycan İsrail ordusunu və raketlərini Azərbaycanda, İran sərhədinə yaxın yerləşdirir, İranın çıxardığı oyunları yəqin unutmamısınız. Sərhədlərimizə qoşun yeritdi, təlimlərə başladı.

Avropada, Amerikada belə bir deyim var, “Bir şəxsin azadlığı o biri şəxsin azadlığının sərhədində bitir”.Bəli. Bir dövlətin azadlığı da o biri dövlətin azadlığının (suverenliyinin) sərhədində bitir.Mən suveren dövlətəm deyibbaşqasını məhv edə biləcək dövlətlərin raketlərini ərazində yerləşdirə bilməzsən, bu başqabir dövlətə təhdiddir. Qonşuluq prinsipləri var, qonşunun düşməninə pas verirsənsə, artıq qonşu deyilsən, düşmənsən, düşmənlə necə davranmağı da Rusiya göstərir.

Dövlət maraqları var, əsrlərdir bu maraqlar uğrunda mübarizə gedir - dostlar, düşmənlər zamanla dəyişir, amma əbədi (əzəli) düşmənçilik (maraqlar) yerindədir.

Rusiyanı zəif salmaq həm də Türkiyəni meydanda tək qoymaqdır, çünki bu iki dövlətin tarixi və dövlət maraqları onların indiki dövrdə bir yerdə olmasınaimkan verir. Türkiyənin nə İran ilə, nə də Çin ilə birgə olması mümkün deyil, səbəb tarix deyil, tarixdə baş verənlər əhəmiyyətsizdir , sadəcə - müasir maraqlar buna imkan vermir.

Rusiya həmişə Avropa və Amerika üçün yolkəsən olub, Rusiya olan yerdə yeni yaranan güclər - İran, Çino qədər də təhlükəli hesab olunmur, çünki İran və Çin yarı güclərini Rusiyadan alırlar.

Hədəf həm də Çindir, Çini məğlub etmək üçün Rusiyanı zəiflətmək lazımdır, çünki Rusiya Çini özününkü sayır.

Əsas hədəf isə Türkiyədir. Türkiyə dünya üçün etnik və mədəniyyət, Rusiya ideoloji, Çin isə iqtisadi təhlükə hesab olunur. Dünyanın yarısı ilə Türkiyənin etnik (Türk) və mədəniyyət (İslam), Rusiyanın ideoloji (kommunizm), Çinin isə iqtisadi bağlılığı vardır.

Türkiyənin etnik və mədəniyyət gücü ilə bərabər Rusiyanın ideoloji gücü bu gün də Çində yerindədir. Amerika Çinə girmək üçün bu iki amili ortadan qaldırmalıdır, yoxsa Çinə girə bilməyəcəyini bilir.

Kiyevdə baş verənlər bu iki gücün Çində qarşısını almaqdır.Avropa və Amerika Çinə tək sahib çıxmaq istəyirlər.

Tərəf olmaq - bir olmaq demək deyil. Çin, İran, Rusiya hansısa zaman kəsiyində tərəf ola bilirlər və oldular, bir olmaları isə mümkün deyil. Amma Rus-Türk birliyi mümkündür. Bunun üçün əsaslar var - etnik, mədəniyyət və ideoloji. Türkiyə heç bir dövlət ilə bu qədər iç-içə deyil.Türk xalqı Taksim meydanında Atatürklə yanaşı iki rus generalına da heykəl ucaldıb.

Türk Birliyi gələcəkdə Rusiyanı, Pakistanı, Banqladeşi, Şimali Kipr Türk Respublikasını özündə birləşdirəcək. Əsas hədəf budur.

Rusiyadan S-400 alan Türkiyəyə ABŞ-ın etirazını hamımız xatırlayırıq, bu məsələnin dərin tərəfləri var.Yəni Türkiyə Rusiya ilə üz-üzə gəlməyəcək, səmalarını birgə qoruyacaqlar.

Rusiya-Türkiyə birliyi Türkiyənın atom silahı əldə etməsi deməkdir. Dünya güclərini qorxuya salan budur.

Üstdən nə geyinirsən geyin, məqsəd - altdakının üstünü örtməkdir!

Kiyev bu yolu niyə seçmişdi, yəni üzünü niyə Avropa və Amerikaya tutmuşdu? Asan yem arzusu, Kiyevi iqtisadi cəhətdən dirçəldə bilməyən mövcud hakimiyyət Avropadan, Amerikadan maliyyə alıb onlara Kiyevdə yer eləməkistəyirdi, bu da heç yerinə düşmədi, düşən Ukrayna xalqı oldu.

Selin qarşısında durmazlar, istiqamətini dəyişərlər. Böyük siyasətçilər belə anlarda qarşı-qarşıya gələn güclərin məkanı olmaqdan qaçarlar, Türkiyəli keçmiş diplomatlardan birinin dediyi kimi, “Filler tepişir, çimenler ezilir”. Yəni, Rusiya-ABŞ döyüşür, əzilən Kiyevdir.

Rusiyanı nə ekonomik, nə də savaş yolu ilə yıxmaq mümkün deyil. Putin illərdir bunun üçün xüsusi tədbirlər görüb.

Qaldı böyük şirkətlərin Rusiyanı tərk etməsinə, bunun əsas səbəbi yaxın gələcəkdə baş verəcəklərdir. Avropa, Amerika uzun illər Soveti dağıtmaq üçün açıq büdcə yaratmışdı, təki Sovet dağılsın, bilirdilər ki, qoyduqları mayanı artıqlaması ilə çıxaracaqlar və çıxardılar da. Sovet dağılan kimi, Avropa və Amerika şirkətləri daraşdılar Rusiyaya (keçmiş Sovet ölkələrinə) ideoloji fərqlilik həm də iqtisadi, texnoloji və texniki fərqlilik idi, bir anda Rusiyada hər şey dəyişdi - məişət texnikasından tutmuş yüngül sənaye mallarına qədər. Qoyulan maliyyə geri qaytarılsa da, dünya gücləri Rus ruhunu məğlub edə bilmədilər, dünya gücü olmaq ideyası rusların beynindən silinmədi, bu da gələcək üçün xof yaradırdı, dünya gücləri gələcəklərini qorumaq üçün Rusiya bazarını tərk edirlər, anlayırlar ki, Rus ruhu yenidən dirçəlmək üzrədir, gec-tez başqa yollar ilə ölkədən çıxarılacaqlar, az itkisiz və Rusiyanımövcud dövrdə zəif salmaq üçün yeni və düşünülmüş taktikadan istifadə edirlər, Kiyevi bəhanə edərək.

Bir şey başqa bir şeyə görə dəyər qazanır və dəyərləndirilir.

Avropa və Amerika Rusiyaya görə Kiyevə dəyər verir və dəyərləndirir, Kiyevin Rusiyasız dəyəri yoxdur.

Qarabağda uduzan dövlətlər Kiyevdə Rusiyaya və Türkiyəyə qarşıdırlar. İllərdir Ermənistanın işğal siyasətinə dəstək verənlər (Fransa və başqaları) indi Kiyevi Rusa qarşı qoyurlar.

Birdən sonra iki gəlir, unutmayın.

Müharibənin dayanması üçün və sadə insanlara dəstək üçün əlimizdən gələn köməkliyi etməliyik. Amma Kiyevin mövcud dövlət siyasətinə dəstək olmaqoturduğumuz budağı kəsmək kimidir. Fransa, ABŞ Kiyevdə güclənsə, ən azı sabah Ermənistanı gücləndirib bir daha bizim üstümüzə salacaqlar - Türkiyənin və Azərbaycanın.

Müharibənin çox dəhşətli hadisə olduğunu Fəlsəfədə, Sosiologiyada ifadə edən belə bir fikir var: “Adi həyatda bir nəfər öldürürsən, qatil sayılırsan, müharibədə nə qədər çox insan öldürsən, qəhrəman sayılırsan!”

Dünyada ən böyük qətliamları edən dövlətlər (Fransa, Almaniya, Amerika) Kiyevi dəstəklədikcə, Rusiyanı haqlı çıxarırlar.

Avropanın, Amerikanın mahiyyət və məzmunu - səni başqaları ilə düşmən edər, özünə qarşı ehityac yaradar, sonra səni çıxılmaz vəziyyətə salar, başqa yolun qalmayanda deyərlər, “Səndən incimirik, küsmürük, vəziyyəti anlayırıq, biz artıq bu məsələyə müdaxilə edə bilmərik, siz də istəyirsiniz əks tərəf ilə razılaşın”.

Gələcək haqda ancaq proqnoz vermək olar, nəyin düz ya səhv çıxacağı isə kimin gələcəkdənnə istəməsindən asılıdır, elə istəkdən doğan proqnozlar kimi.

 

Rejissor, aktyor - Rza Rzayev

TƏQVİM / ARXİV