04 Dekabr 2024 11:17
97
ELM VƏ TƏHSİL

100 bağçada monitorinq aparılıb

Bu il 100 məktəbəqədər təhsil müəssisəsində (bağça) monitorinq aparılıb, yekun hesabat hazırlanır.

Adalet.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

Onun sözlərinə görə, bu rəqəm 2023-cü ildə 50 olub: "Yekun hesabatlar hazırlanaraq aidiyyəti qurumlara verilib. Tövsiyələr verilib".

T.Əhmədov məlumat verib ki, məktəbəqədər təhsil uşaqların cəmiyyətdə öz yerini tapması üçün zəmin yaradır.