11 min manata yaxın olan naqili oğurlayanlar tutuldu

Bakının Qaradağ rayonunda 10 min 800 manat dəyərində naqil oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Ş.Mustafayev və 27 yaşlı B.Həsənov müəyyən olunaraq saxlanılıblar. Həmçinin, rayon ərazisində yerləşən bir evin həyətindən 8500 manat dəyərində xırdabuynuzlu heyvanlar oğurlamaqda şübhəli bilinən 54 yaşlı E.İsmayılov və 42 yaşlı F.Köçəriyev də polis əməkdaşları tərəfindən saxlanılıblar.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində yerləşən sexlərin birindən 3500 manat dəyərində kompressoru oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı M.Əliyevin saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.
Digər Xəbərlər

Yardımlıda əməliyyat: saxlanılan şəxsdən tapança götürüldü

Kartlardan daha 51 559 manat oğurlandı

Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı

""Humanitar dəhliz əhalini tələyə salmaq üçün qurulmuş “ölüm zonası” idi" - Şahidlər danışdı

Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf etdi

Kartlardan 32 min manat oğurlandı

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi
