Hikmət Hacıyev: Şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət yerini tapacaq

Azərbaycan münaqişəyə məsuliyyətli dövlət idarəçiliyi sayəsində son qoymağı bacardı.
Adalet.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Xankəndi səfəri çərçivəsində Qarabağ Universitetində çıxışı zamanı deyib.
Prezident köməkçisi bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri yenidənqurma, transformasiya və bərpa tarixi mərhələsinə qədəm qoyur:
“Azərbaycana qarşı törədilmiş cinayətlərin, o cümlədən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin icraçıları artıq qanun qarşısında cavab verirlər. Hazırda məhkəmə prosesləri Azərbaycanda davam edir. Ümid edirik ki, şəffaf və açıq məhkəmə araşdırmaları nəticəsində ədalət yerini tapacaq. Azərbaycan Cənubi Qafqaz bölgəsində beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərinə əsaslanan yeni status-kvo yaradıb”.
Digər Xəbərlər

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Sahibə Qafarova Azərbaycanın faşizm üzərindəki qələbədə rolundan danışıb - FOTOLAR

Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşdü - VİDEO

İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi

Azərbaycanla Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir

Türkiyə səfiri: Xankəndidə həm sosial, həm də təhsil həyatı öz axarına qayıdıb

"Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli əməkdaşlığı təşviq edir" - Deputat
