Dünən bank kartlarından 21 mindən çox pul oğurlanıb

Aprelin 18-də vətəndaşların bank kartlarından 21 394 manat oğurlanıb.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:
"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 18-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 6500, 6000, 2971, 2850, 1000, 800, 450, 392, 201, 150, 70, 10 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
Digər Xəbərlər

DSX Horadizdə əməliyyat keçirdi - Saxlanılanlar var - FOTOLAR

Övladını işə düzəltmək adı ilə 80 min manatını aldılar - Saxlanılanlar var

Ötən gün 10 ədəd qanunsuz odlu silah aşkarlandı

Erməni terrorçularının tarix qarşısında susqun baxışları: Əməlləri bir daha ifşa olunur - FOTOLAR

Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi

"İnsanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər" - Xocalı qatili olduğunu etiraf etdi

Bakıda evdən 17 min manatlıq oğurluq edildi
