Bakıda evdən 17 min manatlıq oğurluq edildi

Bakıda evdən 17 min manatlıq oğurluq edən şəxsləri polis saxlayıb.
Adalet.az DİN-ə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən evlərin birindən ümumilikdə 17000 manatdan artıq pul vəsaiti və qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb. Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 35 yaşlı R.Şirinov və 33 yaşlı R.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Sumqayıt şəhərində isə bir nəfər polisə müraciət edərək icarədarı olduğu mağazadan mobil telefonunun oğurlanmasını bildirib. Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı A.Əliyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs şəhər ərazisində digər bir nəfərə məxsus mobil telefonu da dələduzluq yolu ilə ələ keçirib.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

DSX Horadizdə əməliyyat keçirdi - Saxlanılanlar var - FOTOLAR

Övladını işə düzəltmək adı ilə 80 min manatını aldılar - Saxlanılanlar var

Ötən gün 10 ədəd qanunsuz odlu silah aşkarlandı

Dünən bank kartlarından 21 mindən çox pul oğurlanıb

Erməni terrorçularının tarix qarşısında susqun baxışları: Əməlləri bir daha ifşa olunur - FOTOLAR

Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi

"İnsanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər" - Xocalı qatili olduğunu etiraf etdi
