17 Mart 2025 10:13
143
DÜNYA

ABŞ-də tornado 36 nəfərin həyatına son qoydu

ABŞ-də həftə sonu başlayan tornado və toz fırtınası ölkənin cənubunda geniş dağıntılara səbəb olub.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi 36 nəfərin həyatına son qoyub, 340 mindən çox ev elektriksiz qalıb. 

Kanzas ştatında güclü külək nəticəsində yaranan qum fırtınası həyatı dayandırıb. 50-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 8 nəfər ölüb. Yaralılar çətinliklə xəstəxanalara çatdırılıb.

Ağ Evdən verilən açıqlamada, prezident Donald Trampın kömək üçün Milli Qvardiyanı yerləşdirdiyi bildirilib. Amerikanın NBC telekanalı fırtınanın istiqamətini şərqə doğru dəyişdiyini bildirib. Pensilvaniya, Ohayo və Şimali Karolina risk altındadır.