02 May 2025 10:59
431
DÜNYA

ABŞ Rusiyanın 80 illik qələbəsinə şərik çıxır?:Trampın "Qələbə günü" addımı

Böyük Vətən müharibəsi bitdikdən sonra SSRİ də ənənəvi olaraq hər il Qələbə paradı keçirilir. SSRİ dağlıdıqdan sonra bu ənənə Rusiya paytaxtı Moskvada davam etdirildi. Bu ilin 9 mayında Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə parad baş tutacaq və Rusiya mərasimə 19 dost ölkənin liderlərini dəvət edib.

Xəbər


Belə bir ərəfədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edərək 11 noyabr və 8 may tarixlərini I və II Dünya Müharibəsində Qələbə Günü elan edib.Paylaşımda yazıb:“8 mayı İkinci Dünya Müharibəsində Qələbə Günü, 11 noyabrı isə I Dünya Müharibəsində Qələbə Günü kimi elan edirəm”, - o qeyd edib.

Şərh


ABŞ əslində Qələbə Günü 79 ildir başqa tarixdə qeyd edirdi. Yəni, ABŞ Yaponiyanın 1945-ci ildə İkinci Dünya Müharibəsini başa vuran müttəfiqlərə təslim olmasının ildönümünü qeyd edib. Avqustun 6-da Xirosimaya və avqustun 9-da Naqasakiyə atom bombaları atıldı . Yaponiya təslim oldu. 2 sentyabr 1945-ci il II dünya müharibəsinin bitdiyi elan edildi.

“Lend-liz”in əhəmiyyəti


ABŞ yalnız bu tarixi bayram kimi qəbul etmişdi. İndi qəflətən Trampın belə qərar qəbul etməsinin səbəbləri olmaya bilməz.
Çünki Tramp və eyni zamanda dünyanın bir çox siyasətçiləri, liderləri düşünür ki, ABŞın yardımı olmasaydı SSRİ qalib ola bilməzdi. Beləki, ABŞda 11 mart 1941-ci ildə qüvvəyə minmiş, ingilis dilindən tərcümədə “borc və ya kirayə vermək, müvəqqəti istifadəyə vermək” mənasını daşıyan “Lend-liz” qanununa uyğun olaraq ABŞ müharibə illərində SSRİ-yə bu yardımları edib:
- Təyyarə - 11 min 400 ədəd,
- Zirehli texnika – 12 min ədəd
- Avtomobil – 427 min 284 ədəd
- Lokomotiv – 1977 ədəd
- Motosiklet - 35 min 170 ədəd
- Tank əleyhinə top – 5 min ədəd
- Avtomat silah – 131 min 633 ədəd
- Tapança - 12 min 997 ədəd
- Tüfəng – 8 min 218 ədəd
- Barıt - 127 min ton
- Partlayıcı maddələr – 345 min 735 ton
- Detonator – 903 min ədəd
- Təmizlənmiş etanol – 331 min litr
- Neft məhsulları – 2,67 milyon ton
- Telefon – 2,5 milyon ədəd
- 1,1 milyard dollar dəyərində maşın və avadanlıq (o dövr üçün həddən artıq böyük məbləğdir)
- Hərbi qulluqçular üçün çəkmə - 15 milyon 417 min
- Adyal – 1,5 milyon ədəd
- Təkər – 3 milyon 786 min ədəd
- Düymə - 257 milyon ədəd
- Kimyəvi məhsullar – 842 min ton
- Dəri – 50 min ton
- Polad – 2,8 milyon ton
- Pambıq – 107 min ton
- Əlvan metal – 802 min ton
- Traktor – 8 min 71 ədəd
- Yük vaqonları – 11 min 75 ədəd
- Radiolokator – 2 min 74 ədəd
- Sualtı qayıq əleyhinə gəmi – 105 ədəd
- Torpeda qayığı – 202 ədəd
- Yük gəmisi – 90 ədəd
- Sualtı gəmi – 4 ədəd
- Metalkəsən dəzgah – 38 min 100 ədəd
- Radiostansiya- 4 min 338 ədəd...

Bundan başqa, müharibə bütün SSRİ ərazisində ərzaq qıtlığına səbəb olmuşdu. ABŞ-ın yalnız 1944-cü ildə SSRİ-yə etdiyi 3,5 milyard dollar həcmində yardımının 2,37 milyardlıq qismi ərzaq və mülki təyinatlı məhsulları əhatə edib.
ABŞ-ın müharibə dövründə SSRİ-yə etdiyi yardımın həcmi sözügedən dövrün məzənnəsi ilə 10 milyard 800 milyon dollar civarındadır. Hesablamalar nəticəsində inflyasiya və qiymətlər nəzərə alınmaqla bu rəqəm 2015-ci ildə 160 milyard dollara bərabər olub.
Anlamaq çətin deyil ki, Putinin ciddi -cəhdlə hazırlaşdığı “Qələbənin 80 illiyi” tədbirlər planında Tramp ABŞ-ın da yeri olduğunu aydın şəkildə ortaya qoyur.
Putinin Trampın 79 il qeyd etdiyi 2 sentyabr “Qələbə günü”nü 8 maya keçirməsini necə qarşılayacağını, hansı reaksiyanı verəcəyini dünya maraqla gözləyir.

Xüsusi Qeyd: Qələbə günü tək ruslara məxsus deyil! Orda Azərbaycanlıların o cümlədən SSRİ-də birləşmiş respublikaların və müxtəlif xalqların əməyi böyükdür. Məsələn , 1941-1945-ci illərdə Azərbaycandan ordu sıralarına 640 min nəfər səfərbər edilib. Faşizm üzərində qələbə digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilib. İkinci dünya müharibəsində həlak olan 57 milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi . Qələbə həm də Azərbaycanlıların qələbəsidir.


Əntiqə Rəşid