AFFA-nın keçmiş baş katibi 89 yaşında vəfat edib

AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.
Bunu Adalet.az-a jurnalist, Mətbuat Şurasının əməkdaşı İlqar Tağıyev bildirib.
Qeyd edək ki, gələn ay Ç.İsmayılovun 90 yaşı tamam olacaqdı.
Çingiz İsmayılov martın 18-i səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda anadan olub. 1955–1962-ci illərdə "Neftçi" komandasında, müxtəlif illərdə Bakının və Gəncənin "Dinamo", həmçinin "Neft daşları" komandasında oynayıb.