22 Mart 2025 23:41
1059
İDMAN

Azərbaycan millisi Haitiyə məğlub olub - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Haiti yığmasına məğlub olub.

Adalet.az xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edən yığma 2025-ci ildəki ilk oyununda 0:3 hesabı ilə uduzub.

Rəqibin heyətində Frantsdi Pyerro (9, 63) dubl müəllifi olub. Digər qolu isə Jan Jak (83) aktivinə yazdırıb. 

Millimizin heyətində 84-cü dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus seçməsini sınağa çəkəcək.

23:26

Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində üçüncü qol vurulub.

Adalet.az xəbər verir ki,  Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabı 3:0 hesabı ilə öndədirlər.

83-cü dəqiqədə Jan Jak dəqiq zərbə müəllifi olub.

23:06

Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ikinci qol vurulub.

Adalet.az xəbər verir ki,  Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabı 2:0 hesabı ilə öndədirlər.

63-cü dəqiqədə Frantsdi Pyerro dubl müəllifi olub.

22:48

Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ikinci hissə başlayıb.

Adalet.az xəbər verir ki,  Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

9-cu dəqiqədə Frantsdi Pyerro adını tabloya yazdırıb.

22:30

Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində ilk hissə başa çatıb.

Adalet.az xəbər verir ki,  Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

9-cu dəqiqədə Frantsdi Pyerro adını tabloya yazdırıb.

21:55

Yoxlama oyununda üz-üzə gələn Azərbaycan və Haiti millilərinin duelində hesab açılıb.

Adalet.az xəbər verir ki,  Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabda irəli çıxıblar.

9-cu dəqiqədə Frantsdi Pyerro adını tabloya yazdırıb.

21:45

Futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda Haiti ilə qarşılaşır.

Adalet.az xəbər verir ki, görüş Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilir.

Matçı Türkiyəli baş hakim Kadir Sağlam idarə edir.

Bizim Telegram kanalımıza abunə olun