Peskov: Taxıl sazişinin bərpası üzrə danışıqlar asan olmayacaq

Bazar ertəsi Rusiya və ABŞ arasında Qara dəniz taxıl təşəbbüsünün bərpası ilə bağlı keçiriləcək danışıqlar asan olmayacaq.
Adalet.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“RF Prezidenti Vladimir Putinin Qara dəniz təşəbbüsünün bərpasına razılığını müzakirə etməyi nəzərdə tuturuq, yenə də bizim danışıqçılarımız bu problem ətrafındakı nüansları müzakirə etməyə hazır olacaqlar ki, bu nüansların da sayı çox böyük”, – Kreml nümayəndəsi vurğulayıb.
“Əvvəllər, Qara dəniz sazişinin zəmanətçisi BMT-nin Baş katibi cənab Antoniu Quterriş olduğu zaman, biz bütün öhdəliklərimizi yerinə yetirdik, lakin bizə qarşı öhdəliklər icra olunmadı. Buna görə də yenə də asan olmayan danışıqlar gözlənilir”, – Peskov qeyd edib.
Digər Xəbərlər

"Ukraynanın ordunu maliyyələşdirməyə pulu yoxdur" - Zelenski

Tramp: Qrenlandiya əhalisini ABŞ vətəndaşı olmağa inandırmalıyıq

Ermənistan Qarabağ ermənilərinə yardımı dayandırır

Quterreş Rusiya, ABŞ və Ukrayna arasında Qara dənizlə bağlı razılaşmaları alqışlayır

İsrailin müdafiə naziri: Qəzza zolağında əməliyyatı genişləndirəcəyik

Fransa Ukraynaya 2 milyard avro hərbi yardım ayıracaq

Makron və Zelenski Parisdə görüşüblər
